Allaha şükürlər olsun!Dönüşümüz onadır.Nəfsimizin acizliyindən və pis əməllərimizdən Allaha sığınırıq.Allahın hidayət etdiyini kimsə doğru yoldan çıxarda bilməz.Allahın qəzəbləndiyi kimsəyə də rəhm olunmaz.Şəhadət edirəm ki,Allah birdir bənzəri yoxdur.Yenə şəhadət edirəm ki Məhəmməd(s.ə.s)onun qulu və Rəsuludur.
Ey Allahın qulları!
Allahdan qorxmanızı və ona itaət etmənizi sizə vəsiyyət edirəm.
Ey İnsanlar!
Sözlərimə yaxşı qulaq asın.Çünki bu ildən sonra bir daha sizinlə burada görüşə bilməyəcəyimi bilirəm.
Ey İnsanlar!
Bu günün nə günü olduğunu bilirsinizmi?Bura Bəldəi-Haramdır(Məkkədir)Bu gününüz necə müqəddəs bir gün,ayınız necə müqəddəs bir ay,şəhəriniz necə müqəddəsdirsə,bilin ki,canlarınız,mallarınız,namusunuz da müqəddəsdir.Bunlara təcavüz haramdır.
Ey Əshabələrim!
Nə zamansa Allaha qovuşacaqsınız və hal-hazırki,hərəkətlərinizdən əmin olun ki,sorğu-sual olunacaqsınız.
Əshabələrim!
Keçmişdə cahilliyə dövründə güdülən qan davaları da aradan qaldırılmışdır.Aradan qaldırdığım ilk qan davası Əbdülmütəllibin nəvəsi Rabiənin qan davasıdır.
P.S.Rəsulullah(s.ə.s)632-ci ildə Həcc vaxtı Məkkədə-Ərəfatda yüz mindən çox müsəlman qarşısında çıxış etdi.İslam düşüncəsinin bir xülasəsi olan və insan haqları baxımından çox mükəmməl əsasları olan bu çıxış İslam tarixində "Vida Xütbəsi" adlanır.Bundan sonra 8 iyun 632-ci ildə bazar ertəsi günü Rəsulullah(s.ə.s)Haqqın rəhmtinə qovuşdu.
Xütbənin ardı olacaq...
Tarix: 05.06.2013 / 22:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar