İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – köpək dişi olan vəhşi heyvanların və caynaqlı quşların yeyilməsini qadağan etmişdir”. Müslim 1934. Bura daxildir: Qartal, Qırğı, Şahin, Qızılquş və s.
Toyuğun caynaqları olsa da belə yeyilməsi icazəlidir. Əbu Musa – radıyallahu anhu - rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in toyuq yediyini gördüm”. Buxari 5517, Müslim 1649.
Bura aiddir: Sərçə, göyərçin və s. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sərçə kəsdiyi zaman belə rəhmli olan kimsəyə Allah Qiyamət günü rəhm edər”. Təbərani “Kəbir” 7915, əl-Albani “Həsən”.
Ev Eşşəyi, Qatır, At
Cabir – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybər günü ev eşşəklərinin ətini yeməyi qadağan, atın ətini isə halal etdi”. Buxari 4219, Müslim 1941. Vəhşi çöl eşşəklərinə gəldikdə isə onların yeyilməsinə icazə verilmişdir. Əbu Qatədə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdum: “Ya Rəsulallah! Biz ovda vəhşi çöl eşşəyini ovladıq və əti hələ də bizdə qalmaqdadır”. Peyğəmbər: “Qalan ətidə yeyin (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun ətindən yemişdir)”. Buxari 1824, Müslim 1196. Cabir b. Abdullah – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybər günü eşşək ətini, Qatırı, köpək dişi olan vəhşi heyvanları və caynaqlı quşların ətini yeməyi qadağan etmişdir”. Əhməd 3/323, Tirmizi 4/61.
İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “İmam Şafii – rahmətullahi aleyhi - və Şafii məzhəbindən olanlardan bir qrupu Qatırı və eyni zamanda bu yolla əmələ gəlmiş heyvanların (Mələz – hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki) yeyilməsini qadağan edirdilər...”. “Məcmua” 9/27.
Əsmə b. Əbu Bəkr – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında biz Mədinədə at kəsib yedik”. Buxari 5511,5512, Müslim.
Müxtəlif Həşəratlar və Meymunİmam Şafii, Əhməd və s. alimlər ayəyə əsaslanaraq: “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...”. (əl-Əraf 157). Qadağan ediblər yemək: Milçək, Ağcaqanad, Hörmüçək, Eşşəkarısı və s. Çəyirtkə istisnadır: Abdullah b. Auf – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər yeddi (altı) döyüşdə iştirak etdik, hamısında da çəyirtkə yemişdik”. Buxari 5495, Müslim 1952.
Hafiz b. AbdulBər – rahmətullahi aleyhi - deyir ki: “Meymunun satılmasının və yeyilməsinin qadağan edilməsi barəsində biz alimlər arasında heç bir fikir ayrılığı olduğunu bilmirəm”. “Şərhul Kəbir” 11/68.
Heyvanları Mələz Etməkİbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – atları və digər heyvanları mələz etməyi qadağan etmişdir (Mələz – hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki)”. İmam Əhməd.
Heyvanları Döyüşdürmək
Mücahid – radıyallahu anhu - rəvayət edir ki, İbn Ömər – radıyallahu anhu – heyvanları döyüşdürməyi yaxşı işlərdən saymazdı”. Buxari “Ədəbul Mufrad” 1232. Əbu Məsud əl-Ənsari – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – itdən gələn gəliri (ticarətindən, döyüşdürməkdən), zinakarın qazancını və kahinlikdən gələn pulu götürməyi qadağan etmişdir”. Buxari 2237, Müslim 1567.
Xoruza Söymək
Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Xoruzu söyməyin. Çünki o, namaza oyadır”. Əbu Davud 5101.
Tarix: 13.04.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 247 Bölmə: Maraqlı melumatlar