Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

.Allah sıxıntı və ehtiyac içində olanın duasını qəbul edər

Dua edilən zamanlar insanın Allaha olan yaxınlığının, dostluğunun və Allaha nə qədər möhtac olduğunu ən aydın olaraq anlaşıldığı andır. Çünki insan dua edərkən həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayar, həm də ona Allahdan başqa heç bir gücün köməyinin olmayacağının fərqinə varar. Allahın Quranda bildirdiyi məqbul dua “yalvara – yalvara” olan duadır.
“Rəbbinizə yalvara – yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!”
(“Əraf” surəsi, ayə 55)

Allah başqa bir ayədə isə sıxıntı və ehtiyac içində olanın duasını qəbul etdiyini bildirir:

“Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb daşınırsınız?”
(“Nəml” surəsi, ayə 62)


Tarix: 08.06.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...