Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Süd anasının evinə gələn bərəkətlər

Süd anasının evinə gələn bərəkətlər

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), onların arasında olduğu müddətdə bu evə bir çox yöndən bərəkətlər axmışdır. Onun (Səllallahu Aleyhi və Səlləm)`in bu evə gəlişiylə hasil olan bərəkətlərdən bəziləri bunlardır :

Həlimənin Məkkəyə gəldiyi o günlər qıtlıq və kasıblığın yayıldığı günlər idi. Həlimənin yolda olduğu müddətdə mindiyi uzunqulağı, zəiflik və yorğunluqdan yeriyə bilməz halda idi. Dəvəsi isə, hardasa heç süd vermirdi. Yanlarında olan körpə uşaqları aclıqdan davamlı olaraq ağlayır, özləri gecələri yatmadıqları kimi ana-atalarını da yatmağa qoymurdular.

O vaxt ki, onu qucağına alıb əmizdirmək istədi, sinəsinin süd ilə dolduğunu gördü. Məhəmməd (Səllallahu Aleyhi və Səlləm), ondan doya-doya içdiyi kimi, Həlimənin öz körpəsi də doyunca içdi. Süd ilə doyan hər iki uşaq da sonra rahat bir yuxuya daldı.

Eyni şəkildə Həlimənin əri də dəvələrini sağmaqçün getdikdə, dəvənin döşlərinin süd ilə dolduğunu gördü. Ondan bol-bol süd sağıb özlərini də doyurdular. Artıq, susuzluq və aclıq çəkmirlər, gecələri rahat yatırdılar.

Səd oğulları badiyəsinə (qəbilənin yerləşdiyi yer) getməkçün yola çıxdıqda, Həlimə yenə o zəif və yorğunuzunqulağa minib Rəsulullahı da qucağına götürdü. Bir də nə görsün, o zəif və yorğun heyvan son dərəcə sürətli bir uzunqulağa dönmüşdü. Qafilədə ona çata biləcək bir uzunqulaq yox idi.

Qafilə, yurduna çatdı. (Bəni Sədə) Bura, Allahın ən quraq yaratdığı yerlərdən biriydi. Fəqət, Rəsulullah (Səəlallahu Aleyhi və Səlləm) `in gəlişiylə bərabər, Həlimənin qoyunları axşamları doymuş və məmələri südlə dolmuş halda gəlməyə başladılar. Badiyə xalqı aclıq çəkərkən süd anasının evi bolluq və bərəkət içində üzməyə başladı. Qoyunları bol-bol süd verir, onlar da sağıb içirdilər.

İki ildən sonra, Həlimə onu (Səllallahu Aleyhi və Səlləm)`i süddən ayırdı. Artıq böyümüş və güclənmişdi.


Tarix: 03.05.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar
loading...