Soyu:
Onun tam adı Ömər ibn əl-Xəttab ibn Nufeyl ibn Əbdülüzzə ibn Riyah ibn Abdullah ibn Qurt ibn Ruzah ibn Adiyy ibn Kəəb ibn Luey ibn Qalib ibn Fihrdir. Fihr Qureyş idi. (Əbu Nueymin Mərifətus Səhabə əsəri: 1, 190.)
İslamı qəbul etməsi:
İbn Məsud (r.a) deyirdi: "Ömər (r.a) İslamı qəbul etdikdən sonra biz izzətləndik".
(Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3684.)
Həyat yoldaşları:
1. Zeynəb bint Məzun;
2. Məlikə bint Cərul;
3. Ummu Həkim bint əl-Haris;
4. Atikə bint Zeyd;
5. Ummu Kulsum bint Əli ibn Əbu Talib; (Həzrəti Əlinin qızı)
6. Cəmilə bint Asim;
7. Qaribə bint Əbi Umeyyə.
Övladları:
Oğlanları: Zeyd əl-Əkbər, Zeyd əl-Əsğər, Asim, Abdullah, Abdurrahmən əl-Əkbər, Abdurrahmən əl-Əvsat, Abdurrahmən əl-Əsğər, Ubeydullah və İyad.
Qızları: Hafsə, Ruqəyyə, Zeynəb və Fatimə.
Peyğəmbərlə (s.a.v) yoldaşlığı:
Ömər (r.a) müntəzəm olaraq Peyğəmbərlə )s.a.v) yoldaşlıq edirdi. İbn Abbas (r.a) deyir: "Ömərin (r.a) cənazəsini yatağının üzərinə uzatmışdılar. ( Yəni, Əbu Luluə əl-Məcusi ona xəsarət yetirdikdən sonra.)
İnsanlar cənazəni qaldırmazdan əvvəl onu kəfənlədilər, sonra da dua edib namaz qıldılar. Mən də onların arasında idim. Bu zaman bir nəfərin belə dediyini eşitdim: "Allahla qarşılaşmaq üçün mənə öz əməli ilə səndən daha əziz olan kimsə yoxdur. Allaha and olsun! Mən düşünürəm ki, Allah səni iki dostunla – o, "iki dost" dedikdə, Peyğəmbəri (s.a.v) və Əbu Bəkri (r.a) nəzərdə tuturdu – bərabər edəcəkdir. Mən Peyğəmbərin )s.a.v) bu sözləri dediyini çox eşidirdim: "Mən, Əbu Bəkr və Ömər getdik", "Mən, Əbu Bəkr və Ömər daxil olduq", "Mən, Əbu Bəkr və Ömər çıxdıq". Bu sözləri deyən deyən adam Əli ibn Əbu Talib )r.a) idi.
(Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3684.)
Ömərin fəzilətləri:
1. Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Sizdən əvvəlki ümmətlərdə ilham verilən adamlar olurdu. Mənim ümmətimdə beləsi olsaydı, o, Ömər olardı". ( Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3689. Müslim: Kitab Fədailus Səhabə, ? 2398.)
2. Əbu Hureyrənin (r.a) belə dediyi rəvayət olunur: "Bir dəfə biz Peyğəmbərin )s.a.v) yanında olarkən buyurdu: "Mən yuxuda olarkən özümü Cənnətdə gördüm. Gördüm ki, bir qadın bir qəsrin yanında dəstəmaz alır. "Bu qəsr kimindir?" – deyə soruşdum. Mənə belə cavab verildi: "Ömərindir". Bu zaman mən Ömərin qısqanclığını xatırlayıb arxamı çevirib getdim". Bunu eşidən Ömər (r.a)ağlayaraq dedi: "Ya rəsuləllah! Sənimi qısqanacam". (Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3679. Müslim: Kitab Fədailus Səhabə, ? 2394.)
3. Ənəs ibn Malik (r.a) deyir ki, Peyğəmbər )s.a.v) Uhud dağına çıxdı. Əbu Bəkr, Ömər və Osman da onunla birgə idilər. Bu zaman Uhud dağı onları silkələdi. Peyğəmbər (s.a.v) ayağı ilə dağa vurub dedi: "Ey Uhud, sakitləş! Sənin üzərində bir peyğəmbərdən, bir siddiqdən və iki şəhiddən başqa heç kəs yoxdur". (Buxari: Kitab Fədailus Səhabə, Bab Qolu Lov Kuntu Muttəxizən Xəlilən, 3675.)
4. Səd ibn Əbu Vaqqasın (r.a)belə dediyi rəvayət olunur: Peyğəmbər (s.a.v) Ömərə (r.a)dedi: "Ey Xəttabın oğlu sakit ol! Nəfsim əlində olan Allaha and olsun ki, şeytan səni yolda gördükdə, yolunu dəyişib başqa bir yolla gedər". ( Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3683. Müslim: Kitab Fədailus Səhabə, 2396.)
İlham verilən Ömər (r.a):
Ömər (r.a) deyərdi: “Üç məsələdə Rəbbimin dediklərinə uyğun söyləmişəm.
1. Bir dəfə mən dedim ki, ey Allahın rəsulu! İbrahim məqamını namazgah etsəydik! Sonra bu ayə nazil oldu: ...“İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!”... (əl-Bəqərə: 125).
2. Digəri isə Hicab ayəsidir. Mən dedim: “Ey Allahın rəsulu ! Qadınlarına örtünməyi əmr etsəydin yaxşı olardı. Çünki onlarla hər kəs, həm yaxşı, həm də pis insanlar ünsiyyətdə olurlar. Sonra hicab ayəsi nazil oldu.
3. Bir dəfə Peyğəmbərin (s.a.v) qadınları bir yerə yığılıb onu qısqanırdılar. Mən onlara dedim: Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr versin. Sonra bu ayə nazil oldu: 5 - Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin! (ət-Təhrim).
Ömərin (r.a) şəhadəti:
Mömonlərin əmiri Ömər ibn əl-Xəttab (r.a) camaata sübh namazını qıldırarkən Əbu Lu`luə adlı atəşpərəst tərəfindən zəhərə batırılmış iki xəncər zərbəsi ilə qətlə yetirildi.
Ömər (r.a) qatilinin kim olduğunu bildikdə dedi: “Allaha şükür olsun ki, qatilimi etdiyi səcdə ilə Allah qarşısında özünə bəraət qazandıracaq müsəlman etməyib.” ( İbn Əbu Şeybə “əl-Musənnəf” ?37074.)
Tarix: 04.05.2013 / 12:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Maraqlı melumatlar