Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladın Ailəsinə, Ailənin Övladına Qarşı Məsuliyyəti

Evlənən möminlərin ən böyük borcu xeyirli övlad yetişdirməkləridir. Rəsulullah, axirətdə ümmətinin çoxluğu ilə öyünəcəyini söyləmişdir. Yetişdirilən övladın xeyirli duaları, axirətdə onu yetişdirən ana və atasına böyük fayda verəcəkdir.
Bir övlada ən gözəl hədiyyə ona islam əxlaqını aşılaya bilməkdir. Peyğəmbərimiz belə buyurur: "Dörd cürə insan vardır ki, Allah onları cənnətə qoymayacaq və onları cənnətin nemətlərindən faydalandırmayacaqdır. Davamlı içki içən, faiz yeyən, haqsız yerə yetim malı yeyən və ana-atasına qarşı asi olanlardır. Tirmizi)

"Allah sizə analarınıza qarşı yaxşı davranmağı tövsiyə etdi. Allah sizə atalarınızla yaxşı davranmagı tövsiyə etdi. Allah sizə ən yaxın qohumlarınızla, sonra yaxınlıq dərəcələrinə görə qohumlarınızla yaxşı davranmaöı tövsiyə etdi." (İbni Macə
Qiyamət günü kiçik uşağa “cənnətə gir“ deyilər. Uşaq cənnətin qapısında durar və ancaq ana və atasıyla birlikdə girərəm deyər və dirənər.O zaman "ana və atasını da birlikdə cənnətə girin deyilər (İbni Macə)
"Üç qızı olub ehtiyacdan qurtarana qədər onlara yaxşı baxan, yedirən, geydirən bir insan bağışlanmayacaq bir günah etməmişsə cənnətə girər. (Tirmizi)
"Buluğ çağına gəlincəyə qədər kim iki qız övladı yetişdirərsə, (barmaqlarını birləşdirərək) qiyamət günü o və mən belə bərabərik." (Müslim Tirmizi)
Qiyamət günü bağışlanmağı ən çətin günahların başında mömin ana və ataya üsyan gələr.
"Allah günahlardan dilədiyini qiyamət gününə saxlayar, anca ana və ataya edilən üsyanın cəzasını ölməzdən əvvəl dünyada verəcəkdir." (Hakim)
"Ata, cənnət qapılarının ən xeyirlisinə girməyə vəsilədir. Artıq ya ata haqqına ehtiyatsızlıq etməklə o qapını itir və ya onun haqqına o qapını əldə etməyə çalış." (İbni Macə)


Tarix: 08.05.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar
loading...