Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanın qonşular qarşısında vəzifəsi..

Qonşular bir-birlərinə yaxın yerlərdə yaşadıqlarına görə bir-biriləri ilə daha çox ünsiyyət qurmalı olurlar.Həqiqətdə isə qonşular,böyük bir ailə sayılır.Onların bir-biri ilə xoş və ya pis rəftarı onların rahatlıq və asayiş içində yaşamasına böyük təsir göstərir. Öz gözəl sarayında eyş-işrət içərisində yaşayan imkanlı bir şəxs çarəsiz və kimsəsizlərin gözündən uzaqdır.Həmin vecsiz var-dövlət sahibi bir gün mütləq öz əməlinin cəzasını dadacaq.İslam dini müsəlmanlara öz qonşularının halını sormağı və onlara qayğı göstərməyi tövsiyə edir.Peyğəmbəri-Əkrəm buyurur:”Cəbrayil qonşu barədə mənə o qədər tapşırdı ki,mən Allah tərəfindən qonşunu varis kimi qəbul etdiyinu güman etdim”.

Başqa bir kəlamda buyurur:
“Hər kim Allahı və qiyaməti qəbul edərək qonşuya zülm etməzsə,qonşu borc istəsə ona borc verərsə,qonşu da onun şad və qəmli gününə şərik olar.Qonşu Kafir Belə Olsa Onu İncitmək Olmaz”

“Hər kim qonşusunu incitsə,behişt qoxusunu bilməyəcək,hər kim qonşunun haqqını tanımasa,bizdən deyil,hər kim tox olarsa və qonşunun ac olduğunu bilərək ona bir şey verməzsə,o,müsəlman deyil


Tarix: 05.06.2013 / 21:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 46 Bölmə: Maraqlı melumatlar
loading...