Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİVAR ARXASINDAN OLAN BAXIŞ

Abdullah ibni Əta deyir: Mən Məkkədə idim və İmam Baqirin(ə) görüşünün vurğunu olmuşdum. Mədinəyə yola düşdüm ki, İmamın(ə) hüzuruna yetişəm. Getməyimin məqsədi onun görüşünün şövqündn başqa bir şey deyildir. İmamın(ə) yanına getdiyim gecə çox soyuq və yağışlı bir gecə idi. İmamın(ə) evinin qapısına çatdığım zaman gecənin yarısı idi. Öz-özümə dedim: Mən bu vaxt qapını döyməyəcəyəm, sübhə qədər qapının dalında qalaram. Sonra isə onun görüşünə gedərəm. Elə bu fikirdə idim eşitdim ki, Həzrət öz xidmətçisinə buyurdu: Qapını Abdullah ibni Əta üçün aç ki, bu soyuq gecədə əziyyətə düşməsin. Qapını açdı və mən İmamın(ə) yanına varid oldum.


Tarix: 03.06.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...