Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİN, HƏSƏ

Islam dini insanların bir-birilərinə həsəd aparmalarını, kin bəsləmələrini qadağan etmiş, müsəlmannın digər müsəlman qardaşını sevməsinin vacibliyini vurğulamış və bunu imanın ayrılmaz bir parçası hesab etmişdir. İman yalnız bu formada kamilləşər. Müsəlman cəmiyyətləri yalnız bir-biriləri ilə sağlam və güclü əlaqələr quraraq təşəkkül tapa bilər. Bu halıbir-birilərinə nifrət edən, öz mənafeləri və maraqları üzündən bir-birilərilə vuruşan kafir cəmiyyətlərdə görmək mümkin deyil. Bu cür cəmiyyətlərdə insanların bir-birilə çəkişmələri öz aralarında ikrah hissinin yaranmasına səbəb olur.

Uca və Ulu Allah buyurur: “Həqiqətən, mö’minlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin!” (əl-Hucurat, 10) Allah taala peyğəmbərimiz Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonuncu elçi olduğuna görə ona həsəd aparan Əhli kitab barəsində buyurur: “Yoxsa onlar Allahın öz ne’mətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar?” (ən-Nisə, 54) Başqa bir ayədə isə Uca Rəbbimiz belə buyurur: “Paxıllığı tutanda paxılın şərindən!” (əl-Fələq, 5) Ənəs bin Malikin rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Bir-birinizə nifrət etməyin! Bir-birinizdən əlaqəni kəsməyin! Bir-birinizə arxa çevirməyin! Bir-birinizə paxallıq etməyin! Allahın əmr etdiyi kimi qardaş olun! Bilin ki, üç gündən artıq müsəlman qardaşı ilə küsülü qalmaq digər müsəlmana halal deyil”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) başqa bir hədisdə buyurur: “Paxıllıq etməkdən çəkinin! Od taxtanı alovlandırdığı kimi, paxıllıq da yaxşılıqları məhv edir”. Bu hədis həsədin haram və böyük günahlardan biri olmasına dəlildir. “Səhih Müslim”in şərhihdə qeyd olunur ki, həsəd bütün icma alimlərinin fikrincə haramdır.
Həsəd bir insanın öz qardaşında hər hanıs nemətin, biliyin, gücün, hörmətin və sair şeylərin olduğunu görüb bunların yox olmasını və ya bu xüsusiyyətlərin özündən başqasında olmamasını istəməsidir. Həsəd aparan həsəd olunanın uğurunun yox olması üçün dili və hərəkəti ilə öz kinini üzə çıxardar.
Bəzən müsəlmanlar aralarında tanışlığın və Allah taalanın “Müsəlmanlar qardaşdılar” – ayəsində buyurduğu kimi iman üzərində qurulan əlaqənin mövcud olmasına baxmayaraq, bir-birilərinə arxa çevirirlər. Qeyd etdiyimiz kimi, peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir. Həmçinin, mübahisə və səhv anlaşılma üzündən müsəlmanların üç gündən artıq küsülü qalmağı haramdır. Lakin tutarlı səbəbə görə, üç gündən artıq küsülü qalmaq olar. Çünki, insan təbiətində qəzəb mövcuddur. Onu da qeyd etmək lazımdır ki, iki küsülünün ən xeyirlisi birinci salam verəndi. Küsülü qalmağa gəlincə, bir müsəlmanı etdiyi günahlardan uzaqlaşdırmaq üçün nəsihət və tövsiyə fayda verməzsə, o zaman həmin müsəlmanla bir müddətlik küsülü qalmaqda eyib yoxdur. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə səhabələrdən üç nəfər onunla Təbuk döyüşünə çıxmadıqdan yayınmışdılar. Buna görə də peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrə həmin o üç nəfərlə əlaqələri kəsməyi və Allah onların tövbələrini qəbul edənə qədər, onlarla küsülü qalmağı əmr etdi. Bu hal bizim dövrümüzdə sosial təcridetmə adlanır. Allah taala buyurur: “Onlardan gözəl tərzdə ayrıl!” (əl-Muzzəmmil, 10)
Həsəd və düşmənçiliyin törətdiyi fəsadlar:
Həsədə və nifrətə səbəb olan amillərin bəziləri aşağıdakılardır:
1. Ümmətin firqələrə bölünməsi. Halbuki, islam dini sözün dərin mənasında birliyə, qarşılıqlı əlaqəyə, yardımlaşmağa çağırır. Allah sübhənahu və taala buyurur ki, “Bu tək bir din olaraq sizin dininizdir”, (əl-Muminun, 52)
2. Qüsur axtarmaq və başqaları barəsində pis gümanda olmaq. Başqalarının eyiblərini axtarıb üzlərinə vurmaq, artıq insanlar arasında kin və nifrətin baş qaldırmasına və toplumun parçalanmasına işarədir. Allah taala buyurur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin günahdır arayıb axtarmayın!” (əl-Hucurat, 12)
3. Ümmətin zəifləməsi: Müsəlmanların işlərinə müdaxilə etmək, hilələrini və zəhərli idealogiyalarını yaymaq üçün fürsət gözləyən İslamın düşmənləri bu ümmətin zəifləməsinə can atırlar. Tarixdən də aydın olur ki, müsəlmanlar firqələrə bölündükləri, bir-birilərinə arxa çevirdikləri və şeytanın onlar arasında təfriqə salmağa imkan verdikləri üçün çoxlu bəlalara düçar olub, iştirak etdikləri müharibələrdə məğlubiyyədə məruz qalıblar. Allah taala əmr edir ki, “Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz!” (əl-Ənfal, 46)
4. Əməllərin səmaya yüksəlməməsi və qəbul olunmaması. Əbu Hureyrə (Allah ondan razı olsun) rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət etmişdir: “Cənnətin qapıları hər bazar eretəsi və cümə axşamı günləri açılır və Allaha şərik qoşmayan hər bir qulun günahı bağışlanır. Arasında müsəlman qardaşı ilə düşmənçilik olan kəs isə istisnadır. Onlara bir-biriləri ilə barışana kimi möhlət verilər”.
5. Rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) aşağıdakı hədisinə müxalif olmaq: “Bir-birinizə həsəd aparmayın! Bir-birinizə nifrət etməyin! Və bir-birinizə arx açevirməyin! Biriniz digərinizin satışına müdaxilə etməsin! Allahın qardaş qulları olun! Müsəlman müsəlmanın qardaşıdır, onu tərk etməsin, acılamasın, təhqir etməsin! Müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır” Göründüyü kimi müsəlmanın sahib ola biləcəyi təqva buradadır. Kim bu qardaşlığı qəbul edib, qəlbini kin və həsəddən təmizləsə, onda sağlam və təmiz qəlbə sahib olar. Həqiqi mömin o kəsdir ki, heç bir müsəlmana kini olmadan gecə yatağında rahat yatar. Həmin bu qəlb Allah taalanın buyurduğu kimi, Qiyamət günü öz sahibinə fayda verəcək: “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!” (əş-Şüəra, 88-89) Sağlam qəlbə yalnız şirksiz, batil inancsız və həsəddən uzaq olmaqla nail olmaq mümkündür.
6. Paxıllıq dəhşətli hadisələrin yaranmasına, insanın dininə, başqaları ilə münasibətinə olduqca mənfi təsir göstərir. Paxıl olan kəs daima həm dünyada, həm də axirətdə sıxıntı içərisində olar. Insanlar paxıllıqlarından bir-birilərinə adlar qoşaraq təhqirlərə yol verərlər. Halbuki, Allah taala bu əməli qadağan etmişdir. Həmçinin, Allah sübhənahu taala bizə münaqişələrin dərinləşməməsi üçün fitnəkarlar və xatakar insanlarla mübahisə etməməyi əmr etmişdir: “Sən pisliyi yaxşılıqla dəf et! Biz aid etdikləri daha yaxşı bilirik! Və de: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!” (əl-Muminun, 96-98)
İbn Kəsir deyir: Daha sonra Allah taala insanlarla bir olduğun zaman faydadan yararlanmağı əmr edir. Belə ki, sənə qarşı olunan pisliyə yaxşılıqla cavab vermək, düşmənçiliyi dostluqla əvəzləmək ünsiyyətin ən gözəl formasıdır: “Yaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət, 34) Allah taala “De: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!” (Muminun, 97) – buyuraraq insanları pisliyi yaxşılıqla dəf etməyə çağırır. Belə olduğu təqdirdə şeytanın hiləsi baş tutmaz, müharibə əvəzinə insanlar arasında sülh və dostluq bərqərar olar.
Göz həsədindən qorunma:
İbn Kəsir (Allah ona rəhmət etsin) Allah taalanın “Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr” (əl-Qələm, 51) – ayəsini belə izah edir: “Yəni, onlar sənə olan həsədlərindən və qəzəblərindən dolayı gözləri ilə sənə xətər yetirmək istəyirlər. Bu ayədə Allahın əmri ilə gözün təsir qüvvəsinin haqq olduğu açıqca bəyan olunur. Eyni zamanda bu barədə çoxlu rəsulullahdan hədislər varid olub. Əbu Davud “Sünən” əsərində Ənəsdən rəvayət edir ki, peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurub: “Gözdəymə və qızdırmadan başqası üçün ruqyə olunmaz!” İbn Macə Bureydə bin Həsibdən eyni cür rəvayət etmişdir. Habis ət-Təmiminin rəvayət etdiyi hədisdə isə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Gözdəymə haqdır”.
İbn Abbasın rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Gözdəymə haqdır. Qədəri qabaqlayan bir şey olsaydı, bu, gözdəymə olardı”.


Tarix: 09.05.2013 / 13:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 333 Bölmə: Maraqlı melumatlar
loading...