Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kahinlərin yanına getməyin və xətt haqda

Muaviyə ibn əl-Həkəm (r.a) belə rəvayət edir: “Bir dəfə mən Peyğəmbərlə (s.a.v) namaz qılarkən camatdan bir kişi asqırdı. Mən ona:“Yarhəmuk Allah (Allah sənə rəhm etsin)” dedim. Camaat gözlərini mənə zillədi. Mən:”Vay olsun mənə, sizə nə olub ki, mənə belə baxırsınız?” dedikdə, onlar əllərini budlarına vurdular. Mən onların məni susdurmaq istəmələrinə qəzəbləndim, lakin susdum.Peyğəmbər atam, anam ona fəda olsun, ondan yaxşı öyrədən bir müəllim görmədim, mənə nə əziyyət verdi, nə döydü, nə də söydü. Namazı bitirdikdən sonra belə buyurdu: “Bu namazdır, onun içində insan danışan sözlərdən heç nə caiz deyildir. Onda yalnız təsbih (Sübhanallah), təkbir (Allahu Əkbər) və Quran oxumaq caizdir. Yaxud Peyğəmbərin (s.a.v) buyurduğu kimi.” Mən: “Ey Allahın Elşisi mən cahillikdən təzə çıxmışam və Allah-Təala bizə bu İslam dinini bəxş edib. Bizdən bəzi kişilər kahinlərin yanına gedirlər?!” dedim.O (s.a.v) belə buyurdu: “Onların yanına getmə!” Sonra belə dedim: “Bizdən bəzi kişilər işin nəhs gətirməsinə inanırlar?!” O, belə buyurdu: “Bu onların içindən gələn bir şeydir, nə badə bu onları (İbn Sabbah demişdir: “Sizi”) düz yoldan azdırmasın!” Mən: “Bizdən bəzi kişilər xətt çəkirlər?!”
dedim. O (s.a.v) belə buyurdu: “Peyğəmbərlərdən bəziləri də xətt çəkirdilər. Hər kim onların xəttinə müvafiq düşünərsə düzgün etmiş olar.” Sonra isə (Muaviyə ibn əl-Həkəm) belə dedi:“Mənim bir kənizim vardı. Uhud dağı və Cəvvaniyyə deyilən yerdə mənim qoyunlarımı otarırdı. Bir gün baxdım ki, qoyunlarımdan birini canavar aparıb. Mən də Adəm övladıyam, hamının heyfisləndiyi kimi heyfislənirəm. Lakim mən ona bir sillə vurdum. Sonra Peyğəmbərin (s.a.v) yanına gəldim. Bu mənə çox ağır gəlmişdi. Bu üzdən Peyğəmbərdən : “Ey Allahın Elçisi, onu azad edim?” deyə soruşduqda, O (s.a.v) “Onu bura gətir!” deyə buyurdu.Onu Peyğəmbərin yanına gətirdim. Ondan belə soruşdu: “Allah haradadır?” O: “Səmada!” deyə cavab verdi. O , yenə soruşdu: “Mən kiməm?” O: “Allahın Elçisisən!”deyə cavab verdikdə, mənə: “Onu azad et, o, mömindir!” deyə buyurdu.”


Tarix: 24.04.2013 / 21:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar
loading...