Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İffətli olmaq və ayıb yerlərini qorumaq

İslam dininin, əsası paklıq, şərəf, ləyaqət, iffət olan bir cəmiyyət qurması onun daha bir özəlliyidir. O, Allah taala tərəfindən nazil edilən bir dindir. Bu əsaslar hər bir cəmiyyətin əsasını təşkil etdiyi üçün İslam dini bu əxlaq əsaslarına xüsusi yer vermiş və misli-bərabəri olmayan nizam-intizam qaydaları yaratmışdır.

Bu qaydaların əsas prinsipi insanın fitrətinə, yaradılış əslinə uyğunluğudur. Bu əxlaq qaydaları insanı pis və rəzil işlərə düşməkdən qoruyur. Amma bu heç də sizə təəccüblü və qəribə gəlməsin. Çünki bu əxlaq qanunlarını buyuran bütün varlıqların xaliqi Allah taaladır. O, bəndələrinin ehtiyaclarını və onları islah edəcək amilləri yaxşı bilir.
Allah taala bunu təkidlə belə buyurur:
"Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!" (əl-Mülk: 14).
Bu mövzuda İslamın buyurduğu əsas və qaydalardan danışmaq çoxşaxəli mövzudur. Hörmətli oxucu! Ona görə də yalnız: İslamın cəmiyyəti və fərdi iffət və şərəflə tərbiyə etməsinin gözəlliyini və doğru yolunu açıqlayan bəzi misallara nəzər yetirməklə kifayətlənəcəyəm:
Allah taala mömin bəndələrinə ayıb yerlərini qorumağı əmr etmiş və buna görə onlara cənnəti vəd etmişdir. Allah taala buyurur:
"(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!" (ən-Nur: 30).
Allah taala, Öz bəndələrinə ayıb yerlərini və gözlərini qorumağı əmr etmişdir. Çünki, gözü qorumaq ayıb yerlərini qorumaq üçün bir vasitə və köməkçidir. Bundan sonra onları bu işə: ayıb yerlərini və gözlərini qorumağa təşviq edərək bu əməlin qəlb və dinləri üçün daha pak olduğunu buyurmuşdur.
Dünyada ayıb yerlərini zinadan qoruyanlara cənnətdə hurilər vəd etmişdir. Hurilər də yaradılmış qadınların ən gözəlidir. İslam ilə qeyrisinin arasında olan fərq elə bundadır. İnsanın qoyduğu qanunlarda, fahişəlik cəzadan, rüsvaydan və biabırçılıqdan qorxaraq tərk edilir. Bu qorxu, yəni, işinin aşkara çıxması, olmasaydı o həmin əməli edərdi. İslamda isə belə deyil, əksinə müsəlman pis işləri Rəbbinin razılığını və vəd etdiyi savabı qazanmaq üçün tərk edir. Onun edə biləcəyi pis işi heç kəs görməsə də o yenə həmin pis əməli yerinə yetirməz. Çünki onun istəyi məxluqatın Rəbbinədir. Allah taala isə insanın nə etdiklərindən xəbərdardır.
İslam, iffət və izzəti qorumaq və yad kişiləri məftun etməmək üçün qadınlara hicab geyməyi və ayıb yerlərini yad kişilərdən qorumağı əmr etmişdir.
Allah taala buyurur:
"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər;..." (ən-Nur: 31).
İslam şəriəti belə halların qarşısını almaq, gənclərin şəhvətinin təmin edilməsi və onların haramdan qorunması üçün onlara evlənməyi əmr, onu tezləşdirməyi isə tövsiyə etmişdir. Evlənmək iqtidarında olmayanlara isə oruc tutmağı tövsiyə etmişdir. Oruc: hər hansı bir gün Allaha ibadət olaraq yemək və içməkdən imtina etməkdir. Belə olduqda oruc onun şəhvətini yüngülləşdirir. Peyğəmbər (sav)buyurmuşdur:

"Ey Cavanlar! Kim evlənməyi bacarırsa evlənsin. Çünki evlənmək gözün və ayıb yerlərinin qorunması üçün vasitədir. Kim evlənməyi bacarmırsa onda oruc tutsun. Və oruc onun (şəhvətin qarşısını almağın.) dərmanıdır"(Buxari: 4\ 119\ ? 1905. Müslim: 2\ 1018-1019\ ? 1400.)
İffətin dünyəvi faydası: bədənin sağlam və cəmiyyətin xəstəliklərdən salamat olmasıdır. Həkimlər yekdilliklə deyirlər ki, cəmiyyətdə xəstəliklərin yayılmasının ən başlıca səbəbi həmin cəmiyyətdə edilən fahişəliklərdir.
Əxlaqsızlığın yayılması və iffətin itməsinin nəticələri isə cinayətlərin yayılması və nəsil-nəcabətin itməsi ilə əlaqəlidir.
Iffətini itirmiş cəmiyyət xəstə və fitnə-fəsadlı, ləyaqət və şərəfdən uzaq düşmüş bir toplumdur. Çünki insanı heyvandan fərqləndirən ən böyük səbəb iffətdir.


Tarix: 09.05.2013 / 12:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Maraqlı melumatlar
loading...