Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanın eybini örtmək

Bu əzəmətli din, çətinlik deyil asanlıq, rəhmət və mərhəmət dinidir. Allahın dininə riayət edən müsəlman günah etdikdə ona həmin günahdan tövbə etmək əmr olunur. Əgər o Allaha tövbə edərsə Allah taala onun tövbəsini qəbul edər və onun günahını bağışlar. Onun günah işlətdiyini görən müsəlmanlara isə həmin günahkarı rüsvay etməmək üçün onun eybini örtmək əmr olunur. Çünki belə halda o, daha rahat və asan tövbə edə bilər. Müsəlmanın eybini örtmək din qardaşlığı haqlarındandır. Hədislərin birində Peyğəmbər (sav) buyurur:
"Kim bir müsəlmanın eybini örtərsə Allah taala qiyamət günü onun eyiblərini örtər"(Buxari: 5\ 97\ ? 2442. Müslim: 4\ 1996\ ? 2580.)

Ona görə də müsəlman cəmiyyətlərinin üzvləri çox arxayınlıq və rahatlıqda yaşayırlar. Digər cəmiyyətlərdən fərqli olaraq, onların etdikləri günahlar şişirdilmir. Çünki pis iş görən adamın eybi örtülür və rüsvay edilmir. İnsan öz evində hər tərəfdən örtülüdür. Onun evinin sirlərini bilmək üçün casusluq etmək və övrətlərini araşdırmaq olmaz.
Peyğəmbər (sav) buyurmuşdur:
"Ey dilləri ilə iman gətirib, qəlblərinə iman daxil olmayanlar! Müsəlmanların qeybətini etməyin. Onların eyiblərini axtarmayın. Həqiqətən kim onların eyiblərini axtararsa Allah taala də onun eyiblərini araşdırar. Və Allah taala kimin eyiblərini araşdırarsa onu olduğu evində rüsvay edər"(Əbu Davud: 5\ 194\ ? 4880. Əhməd: 4\ 421. Hədis həsəndir (yəni, qəbul ediləndir).
Hətta bəndəyə pis iş etdikdə öz eyiblərini örtmək əmr olunmuşdur. O, etdiyi əməlini insanlar qarşısında danışmaq və günahını ifşa etməklə Allahın ona verdiyi örtüyü açmasın. Çünki belə etmək onun tövbəsi üçün daha yaxşıdır. Günahı ifşa etmək və o haqda başqasına danışmaq günaha kiçik baxış yaradır. Günaha kiçik baxmaq isə ondan tövbə etməməklə nəticələnir. Müsəlmanın eyibni örtmək edilən günahların yayılmamasına səbəbdir. Bu isə İslama riayət edən digər müsəlmanların günahlardan qorunmalarına kömək edir. Həmçinin eyiblərin gizli saxlanması həmin adamı rəzalətdən qoruyur. Çünki günahlar insanı rəzalətə uğradır. Peyğəmbər (sav)buyurmuşdur:
"Mücahirlərdən (günahlarını və pis işlərini ifşa edənlərdən) başqa, bütün ümmətim bağışlanandır. Mücahirliyə məsəl olaraq: Kimsə gecə vaxtı bir pis iş görür və Allah taala onun bu eybini örtür. O isə deyir: Ey filankəs! mən dünən belə-belə iş görmüşəm. Allah taala gecə o yatan zaman onun eybini örtür, o isə səhər açılan kimi öz eybini ifşa etməklə üzərindən Allah örtüyünü götürür"(Buxari: 10\ 486\ ? 6069. Müslim: 4\ 2291\ ? 2990.)
İslam şəriətinin günahları bu üsulla müalicə etməsi çox təəccüblü bir üsuldur. Bu üslubun günah işlətməklə haqq yoldan azanlara çox böyük müsbət təsiri var. Bununla onlar islah olunur, fəlakət yolundan uzaqlaşır, öz namus və ləyaqətlərini insanların dedi-qodusundan qoruyarlar.
Bu həmçinin cəmiyyətdə yaranmış gizli xəstəliklərin ictimai müalicəsidir. Beləliklə, həmin günahlar cəmiyyətdə yayılmaz və ümumi qaydaya çevrilməz. Eyiblərin ifşa edilməsi nifrət, qəzəb və cəmiyyətdə parçalanma ilə nəticələndiyi halda, eyiblərin gizli saxlanması insanlar arasında mehribançılıqla nəticələnir.


Tarix: 09.05.2013 / 13:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar
loading...