Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yad kişi və qadınların ünsiyyəti

Yad kişi və qadınların ünsiyyətdə olmaları kafirlərin həyat tərzidir. İslam isə kişilərin həyatını ayrı, qadınların da həyatını tam ayrı etmişdir. Qadınların həyatına yalnız bəzi yollar vasitəsi ilə daxil olmaq mümkündür. Bu yollar: Məhrəm sayılan qohumluq, kürəkənlik və ya evlilikdir

İslam şəriəti, başqa yol ilə qadınların həyatına müdaxilə etməyi haram etmişdir. Yalnız zəruriyyət və məcburiyyət hallarını müstəsna etmişdir. Peyğəmbər (sav) buyurmuşdur:
"Yad kişi və qadının tənha qalması üçün onların yanlarında mütləq (qadının) məhrəmlərindən olmalıdır"(Buxari: 9\ 330, 331\ ? 5233. Müslim: 2\ 978\ ? 1342.)
"Yad kişi ilə qadın ikisi tənha qalar¬larsa şeytan onların üçüncüsü olar"(Tirmizi: 3\ 474\ ? 1171.)
İslam yad kişi və qadınların ünsiyyətini müəyyən səbəblərə görə haram etmişdir və bu səbəblərdən aşağıdakıları demək olar:
1.Allah taala zinanı haram etmişdir. Ona görə də zinaya aparan yolların bağlanması hikmət və mər¬həmətdəndir. Yad kişi və qadınların ünsiyyəti zina üçün açıq-aşkar bir şəraitdir.
2.Yad kişi və qadınların ünsiyyəti qurulmuş evləri dağıdır. Çünki bu ünsiyyət vasitəsi ilə qadın digər kişi¬dən daha çox xoşlanarsa, ona yetişmək üçün ailəsinin dağılmasına da razı olar. Əgər bu qadın subay olarsa, bu onun üçün evlənənə qədər zinaya düşmək təhlükəsidir.
3.Yad kişi və qadınların ünsiyyətdə olması hər ikisinin şəhvətlərini oyadır. Onlar öz gözəlliklərini bir-birlərinə nümayiş etdirərlər. Bununla onların hər ikisi əqli, əməli və maddi qüvvələrinin çoxusunu itirərlər. Onların işi-gücü birinin digərinin diqqətini çəkmək olar.
Əl-Musavvir qəzeti 30.05.1956-cı il tarixli nəşrində Misir universitetinin tələbələri ilə apardıqları sorğunun nəticəsini qeyd etmişdilər. Onların 65 %-i deyir: digər cins haqda fikirləşmək bizim tədrisimizə mənfi təsir göstərir. Beləliklə də bizim istirahət vaxtımızın dörddə üç hissəsi məhəbbət axtarışına sərf olunur.


Tarix: 08.05.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar
loading...