Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Xəndək döyüşündən qayıtdı, silah və təchizatını çıxardı. Ümmü Sələmənin otağında yuyunarkən Cəbrayıl (Əleyhissalam) gələrək, dərhal Qureyzə oğullarının üzərinə yürüş etməyini istədi. Mən də sənin qabağında gedib onların qalalarını sarsıdıb qəlblərinə qorxu salacağam. deyərək bir dəstə mələklə birlikdə Qureyzə yəhudilərinə tərəf hərəkət etdi.
Bundan sonra Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) carçını çıxararaq bu çağırışı etdirdi :
"Kim bu çağırışı eşidir və əmrə boyun əyirsə, əsr namazını Qureyzə oğulları məhləsində qılmaq üçün dərhal gəlsin."
Sonra ibni Ümmü Məktumu Mədinəyə naib bıraxaraq, özü də bir qrup səhabə ilə birlikdə Qureyzə məhləsinə getdi. İslam ordusunun bayrağını Əli (radiyəllahu anhu) daşıyırdı. Yəhudilər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qarşılarında görəndə onu söyüb təhqir etməyə başladılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın çağırışını eşidən müsəlmanlar dərhal yola çıxdılar. Müsəlmanlardan kimisi vaxtın daralması ucbatından əsr namazını yolda qıldılar. Kimisi də ora çatdıqdan sonra ancaq gecikərək qıla bildi. Əsrin vaxtı gecikmişdi. Bu vəziyyət Peyğəmbərə deyildikdə iki qrupdan heç birini günahlandırmadı. Müsəlmanlar Qureyzə yəhudilərinin məhləsinə gələrək, yəhudilərin "Ənə" dedikləri quyunun ətrafında yığışdılar.
Allah yəhudilərin qəlblərinə qorxu saldı və qorxularından qalalarına sığındılar. Döyüşməyə cəsarətləri yox idi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onları mühasirə altına aldı. Mühasirə uzandıqda yəhudilər bəzi müsəlman dostlarıyla danışıqlar aparmaq istədiklərini bildirərək Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan Lübabəni onlara göndərməyini tələb etdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların bu tələblərini qəbul edərək Əbu Lübabəni onların yanına göndərdi. Bu şəxs qalanın içinə girəndə kişilər ətrafını sardılar, qadınlar və uşaqlar ağlamağa başladılar. O da bu mənzərəni görəndə kövrəldi. Yəhudilər ona : Məhəmmədin hökmünü qəbul edəkmi, nə deyirsən? deyə soruşdular. O da : "Bəli" dedi və əlini qırtlağını göstərdi. Bu işarəylə onların qətiyyətlə qılıncdan keçiriləcəklərini başa salmaq istəmişdi. Sonra bu işarəsiylə Allah və Rəsuluna xəyanət etdiyini başa düşdü və dərhal Məscidi-Nəbəviyə gedərək, özünü məscidin dirəklərindən birinə bağladı və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) gəlib şəxsən öz əlləriylə açmadıqca belə qalmağa and içdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onun bu vəziyyətini öyrənəndə :
\
"Əgər, mənim yanıma gəlsəydi, mən onun üçün Allahdan bağışlanma diləyərdim. Amma, madam ki, belə etmişdir, o təqdirdə Allah onun tövbəsini qəbul edənə qədər mən bir şey edə bilmərəm "– buyurdu.
Mühasirənin uzanmağıyla bərabər, Qureyzə yəhudiləri aclıqla üzləşdilər və mənəviyyatları çöküntüyə məruz qaldı. Sonra, mühasirənin iyirmi beşinci günü Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın hökmünü qəbul edərək təslim oldular. Əli silah tutan adamlar qadın və uşaqlardan ayrılaraq həbs olundular. Cahiliyyə dövründə müttəfiqləri olan Evs, onlara Həzrəcin müttəfiqi Kaynuka oğullarına edildiyi kimi yaxşılıq etmək və ağır cəza verməmək xüsusunda israr etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Evslilərə xitabən : "Onlar haqqında sizdən bir nəfərin hökm verməyini istəyirsinizmi?" deyə soruşdu. Onlar da "Əlbəttə" deyə cavab verdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) : "Bu şəxs Səd ibni Muazdır" – buyurdu. Evslilər : "Yaxşı, razı olduq" dedilər.
Səd ibni Muaz Xəndək mühasirəsi əsnasında yaralanmışdı. Mədinədə, məscidin içində tibb məntəqəsi kimi istifadə edilən bir küncdə müalicə edilirdi. Onu bir uzunqulağa mindirərək Peyğəmbəri `in hüzuruna gətirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a yaxınlaşdıqda : "Qalxın yoldaşınızı qarşılayın!" – buyurdu. Onlar da qalxıb Sədin ətrafına yığışdılar. Evslilər : Ey Səd! Onlara mərhəmət et, onlara mərhəmət et! deyə israrla xahiş etmələrindən sonra Səd onlara bu cavabı verdi :
Artıq, heç kimin qınamağından çəkinmədən, Sədin sırf Allah rızası üçün danışmağının vaxtı gəlmişdir.
Bu sözləri eşidən Evslilərin Qureyzə yəhudilərinin xilası ilə əlaqəli ümidləri söndü. Artıq, bu adamların sonlarının gəldiyini başa düşdülər.
Qureyzənin də onun hökmünə razı olacaqlarını bildirməyindən sonra Səd bu hökmü verdi : Kişilər edam ediləcək, qadınlar və uşaqlar əsir saxlanılacaq və malları mühasirəyə qatılan müsəlman əskərlər arasında paylaşılacaq.
Səd bu qərarını açıqladıqdan sonra Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) ona :
"Ey Səd! Sən yeddi qat göylərin üstündən enən Allahın verdiyi hökmlə hökm etdin" – deyərək onun verdiyi hökmü təsdiqlədi. Ayrıca, Sədin bu hökmü Yəhudi şəriətinə görə də uyğun və hətta, daha da mərhəmətli idi.
Sədin bu hökmündən sonra Mədinənin bazar yerində kanallar qazıldı və Qureyzə Oğullarının kişiləri buraya dəstə-dəstə gətirilərək edamları həyata keçirilərək cəsədləri bu kanallara doldurulub üstü torpaqla örtüldü. Edam edilən Qureyzə yəhudilərinin sayının cəmi dörd yüz olduğu rəvayət edildiyi kimi, altı yüz, yeddi yüz nəfər olaraq da rəvayət edilmişdir.
Xeybərə sığınan Nadir Oğulları yəhudilərinin liderlərindən Hay ibni Əhtab da onlarla bərabər edam edildi. Bu şəxs Ərəb qəbilələrini müsəlmanlara qarşı qızışdıran iyirmi nəfərlik yəhudi heyətinin içindəydi. Sonra döyüşün ən şiddətli anlarında Qureyzə Oğulları yəhudilərinin yanına gələrək, onları da müsəlmanlarla olan andlaşmanı pozub döyüşə qatılmağa təhrik etmişdi. Qureyzəlilər zəmanət olaraq onun yanlarında qalmalarını istəmişdilər. Beləcə, öz başlarına gələ biləcək bir fəlakətin onun da başına gəlməsini istəmişdilər. Bu gerçəkləşdi və Əhtab da onlarla birlikdə edam edildi.
Mühasirə əsnasında bəzi yəhudilər İslama girməyi qəbul etdilər. Onlara toxunulmadı. İçlərindən əl dəyirmanını ataraq Xəllad ibni Süveydi şəhid edən bir qadın da kişilərlə birlikdə edam edildi. Yəhudilərdən geriyə qalan mallar və silahlar yığıldı. Min beş yüz qılınc, üç yüz zireh, min yay və beş yüz qalxan olmaqla bir çox silah əldə edildi. Kölə və xurmalıqların xaricində, ayrıca bir çox dəyərli mal və əşya da ələ keçirildi. Ələ keçirilən bu malların beşdə biri beytül-mala ayrıldıqdan sonra, geridə qalanı bu mühasirədə iştirak edən müsəlmanlar arasında bölüşdürüldü. Piyadalara bir hissə verilərkən, süvarilərə iki hissəsi atına olmaqla üç hissə paylaşdırıldı.
Əsirlər isə Nəcd bölgəsinə göndərilərək silah qarşılığında satdılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) əsirlər arasında Zeyd ibni Amrın qızı Reyhanəni seçərək özünə ayırdı. Reyhanə gözəlliyi ilə məşhur idi. Rəvayətə görə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onunla azad etdikdən sonra evlənmişdir. Reyhanə Vəda Həccindən sonra vəfat etdi.
Qureyzə məsələsinin sona çatmasından sonra Səd ibni Muaz məsciddə müalicə olduğu çadırda bir qoyunun yarasına vurmağı nəticəsində şiddətli qan itgisinə məruz qaldı və vəfat etdi. Sədin cənazəsinə müsəlmanlarla bərabər mələklər də iştirak etdilər. Rəhmanın ərşi onun onun ölümüylə titrədi. Əbu Lübabə altı gün idi ki, dirəyə bağlıydı. Namaz vaxtları girdikdə arvadı gəlib ayağını açardı. Namazdan sonra yerinə gedərək yenidən təkrar olaraq özünü dirəyə bağlayardı.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Ümmü Sələmənin evində olduğu bir əsnada Əbu Lübabənin tövbəsi nazil oldu. İnsanların onu (bağlandığı yerdən – tərc) açmaq üçün məscidə tələsdikləri halda, o özünün buradan ancaq Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) tərəfindən açıla biləcəyini deyib onları rədd etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) sübh namazı üçün məscidə çıxanda yanına gedərək onu şəxsən öz mübarək əlləriylə (bağlandığı yerdən) açdı.
Rafi ibni Səlam ibni Əbu Həqiyqin Öldürülməsi
Bu şəxs, Xeybər yəhudilərinin liderlərindən və Ərəb qəbilələrini Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın üzərinə yürüş etməyə təşviq edən heyətin fərdlərindən, ticarətlə məşğul olan İslam düşmənlərindən biriydi. Müsəlmanlar Xəndək döyüşü və Qureyzə məsələsini həll etdikdən sonra, Həzrəcdən beş nəfərlik bir qrup, Evsin, Kəb ibni Əşrəfi öldürərək əldə etdikləri şərəfin eynisini əldə etmək üçün könüllü olaraq bu şəxsi öldürməyə qərar verdilər.
Beş nəfərlik bu Həzrəc xüsusi təyinatlısı günəş batandan sonra bu şəxsin Xeybər ətrafındakı qalasına gəldilər. Xüsusi təyinatlıların rəhbəri Abdullah ibni Atik, yoldaşlarına onu bayırda gözləmələrini deyərək qalanın qapısına gəldi və növbətçiləri aldadaraq qalaya girməyə nail oldu.
Abdullah, özünü gizləyərək insanların yatmağını gözlədi. Sonra gizlicə qaçmaq lazım olarsa, istifadə etmək üçün gizlicə qala qapısının açarlarını götürdü və qapını açdı. Sonra düz Rafi ibni Səlamın evinə yönəldi. Fərqinə varıldığı halda Rafini öldürmədən düşmən tərəfindən tutulmamaq üçün keçdiyi hər qapını kilidləyirdi.
Beləcə, Rafinin evinə gəldi. Rafi qaranlıqda ev əhliylə birlikdə oturmuşdu. Abdullah onun harada olduğunu bilmək üçün : Ey Əbu Rafi! – deyə səsləndi. Rafi : Kimdir o? – deyəndə düz səsin gəldiyi istiqamətə yönəldi və qılıncını çıxardıb Rafini oradaca öldürdü. Rafinin inləməyi nəticəsində ev əhli qiyam qaldırdı. Abdullah bir-bir qapıları açaraq qaçmağa başladı. Gecə olduğuna görə ətrafı görünmürdü. Bu səbəbdən qaçarkən nərdivanlardan yıxılaraq ayağını incitdi. Sarığı ilə ayağını bağlayaraq qala qapısında gizləndi. Səhərə yaxın xoruzlar banladıqda bir nəfərin qala divarına çıxaraq Əbu Rafinin öldüyünü qışqırmağından sonra, Abdullah yoldaşlarının yanına qayıtdı. Mədinəyə qayıdıb hadisəni Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a xəbər verdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) əliylə Abdullahın ağrıyan ayağını oxşadı. Abdullah sanki, heç ayağından şikayətçi olmamış kimi sağlığına qovuşdu.
Tarix: 02.05.2013 / 22:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Maraqlı melumatlar