Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyat- Ömərin (radiyəllahu anhu) müsəlman olmağı

Ömərin (radiyəllahu anhu) müsəlman olmağı

Həmzə (radiyəllahu anhu)`nin İslamı qəbul etməyindən üç gün sonra Ömər (radiyəllahu anhu) İslamı qəbul etmişdir. İslama girməmişdən əvvəl İslam və müsəlmanların ən şiddətli düşmənlərindən biriydi. Bir gecə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Kəbədə namaz qılıb quran oxuyarkən, Ömər eşitmiş və təsirlənmişdi. Onun haqq olduğunu düşünmüş, ancaq inadından əl çəkməmişdi. Bir gün əlinə qılıncı alıb Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i öldürmək üçün yola çıxdı. Yolda bir nəfər ona "Hara gedirsən, ey Ömər?" deyə soruşdu. O da heç çəkinmədən : "Məhəmmədi öldürmək istəyirəm." dedi. O adam ona : "Məhəmmədi öldürsən Haşim oğulları və Zəhra oğullarından necə xilas olacaqsan?" deyə soruşduqda, Ömər o şəxsə qəzəbləndi və : "Yoxsa, səndəmi Məhəmmədlə birlikdəsən? "deyə danladıqda "Sənin bacın və qaynın da müsəlman oldular." demişdir.

Bundan sonra Ömər qayıdıb düz bacısı və qaynının yanına getdi. Onların yanında Ərətin oğlu Həbbab (radiyəllahu anhu) da vardı. Onun yanında içində Taha surəsi yazılmış olan bir səhifə vardı. Həbbab bu səhifəni onlara oxuyurdu. Onlar, Ömərin gəldiyini eşidəndə, Həbbabı evin bir küncündə gizlətdilər. Ömərin bacısı Fatma səhifəni götürüb uyluğunun altına qoydu. Ömər evə yaxınlaşanda evdə nəyinsə oxunduğunu eşitmişdi. Evə girəndə :

Bir az əvvəl eşitdiyim o mırıltı nə idi? deyə soruşdu.

Bir şey eşitmədin! Deyə cavab verdilər.

Vallahi, mən sizin Məhəmmədə tabe olduğunuzdan xəbər tutmuşam. Dedi və qayını Səidə şiddətlə vurub, tutdu. Ərini Ömərin əlindən almaq istəyən Fatmaya da vurub başını yardı. Bundan sonra, hər ikisi də Ömərə :

Bəli, müsəlman olduq. Allaha və Rəsuluna iman etdik, istədiyini et! dedilər.

Ömər, bacısının üzündəki qanı görəndə etdiyinə peşman oldu. Utandı. Bacısına :

"Bir az əvvəl oxuduğunuz səhifəni mənə gətirin, bir oxuyum." dedi. Bacısı ona Sən pissən, şirk üzərindəsən, qurana isə təmiz olanlar toxuna bilərlər. Qalx yuyun." dedi. Ömər qalxıb yuyundu və səhifəni əlinə götürüb oxumağa başladı. "Bismilləhir- Rahmənir- Rahim" oxudu və "Gözəl, təmiz adlar." dedi. Sonra Taha surəsini «Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!» (Taha / 14) ayəsinə qədər oxudu. "Bu nə gözəl, nə şirin bir sözdür. Məni Məhəmmədin yanına aparın." dedi.

Ömərin bu sözünü eşidən Həbbab, ortaya çıxdı və "Müjdə, ey Ömər! Mən Allahın səni Peyğəmbərin dəvətiylə seçəcəyini umurdum. Çünki, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan gecə : "Ey Allahım, Hişamın oğlu Əbu Cəhl və Xəttabın oğlu Ömər ilə qüvvətləndir!" - deyərkən eşitdim" - dedi. Sonra da Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Ərkamın evində olduğunu xəbər verdi.

Ömər (radiyəllahu anhu) qılıncını götürüb qurşandı, sonra da Ərkamın evinə gəlib qapını açdı. İçəridəkilərdən biri qapının arasından baxdı və Ömərin qılınclnı qurşanmış olaraq gəldiyini gördü. Vəziyyəti Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a bildirdi. İçəridəkilər təlaşlanıb bir araya gəldilər. Həmzə "nə oldu?" deyə soruşduqda, "Ömər" dedilər. Həmzə "Ömərdirmi? Qapını açın! Əgər xeyir üçün gəlmişsə, xeyri ona verin. Əgər şər törətmək üçün gəlmişsə, qılıncı ilə onu öldürün." dedi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) o əsnada içəridəydi və ona vəhy gəlməkdəydi. Sonra gəlib Öməri qarşıladı. Onu paltarından və qılınc qurşağından tutdu, sonra da şiddətlə özünə sarı çəkdi.

"Allah sənə Vəlid bin Muğirəyə endirdiyi kimi bir fəlakət endirənə qədər küfrdən əl çəkməyəcəksənmi?" dedi. Sonra da "Ey Allahım! Budur, Ömər bin Xəttab. İslamı Ömər bin Xəttab ilə izzətləndir." buyurdu. Ömər tez belə dedi : "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə muhəmmədən Rəsulullah." Rəsulullah və evdə olanlar elə bir təkbir gətirdilər ki, sədaları ta Beytul-Haramdan eşidildi.


Tarix: 03.05.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqlı melumatlar
loading...