1.Aişədən rəvayət olunur ki, Fatimə bint Əbu Hübeyş Peyğəmbərin (sav) yanına gəlib ondan soruşdu: «Ey Allahın elçisi! Məndə təmizlənə bilmədiyim xroniki xəstəlik qanaxmaları olur, namazı dayandırımmı?» Dedi: «Xeyr, bu damardan axan qandır, aybaşı deyil. Əgər aybaşın başlasa, onda namazı saxla, qurtardıqdan sonra özünü qandan təmizlə və yenidən namazı qıl». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Buxarinin rəvayətində deyilir: «Sonra hər namaz üçün dəstəmaz al».
2.Əli ibn Əbu Talibdən rəvayət olunur ki, məndən tez-tez məzi gələrdi. Miqdaddan xahiş etdim ki, bu barədə Peyğəmbərdən soruşsun. Soruşdu və Peyğəmbər (sav) də belə cavab verdi: «Bunun üçün dəstəmaz lazımdır».
Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni isə Buxarinindir.
3.Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) arvadlarından birini öpdü və dəstəmaz almadan namaza getdi.
Hədisi Əhməd rəvayət etmiş, Buxari isə zəif hesab etmişdir.(Əhməd, 6/192, 232. Əlbaniyə görə hədis səhihdir. Bax: “Səhih Əbu Davud”,179; “Səhih ət-Tirmizi”, 86; “Səhih İbn Macə”, 412; “əl-Mişkət”, 323)
4.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Əgər sizdən biri qarnında bir şey hiss etsə və oradan yelin çıxıb-çıxmaması barədə şübhələnsə, səsi eşitməyincə və iyi duymayınca məsciddən çıxmasın».
Hədisi Müslim rəvayət etmişdir.
5.Talq ibn Əlidən rəvayət olunur ki, bir kişi Peyğəmbərdən (sav) soruşdu: «Cinsi orqanıma toxundum» və yaxud, «Əgər biri namazda cinsi orqanına toxunarsa, dəstəmaz almalıdırmı?» Peyğəmbər (sav) belə cavab verdi: «Xeyr, çünki o səndən bir parçadır». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir. İbn Mədini demişdir: «Bu Busranın hədisindən daha qənaətbəxşdir».
(Yəni şəhvət hissi ilə toxunmazsa dəstamazı batil etməz.
İzah, Y.Qurbanov)
6.Busra ibn Səfvandan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Cinsiyyət orqanına toxunan kəs, qoy dəstəmaz alsın». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, Tirmizi və İbn Hibban isə səhih hesab etmişdir. Buxari demişdir: «Bu hədis bu mövzuda ən doğru cavabdır».
(Yəni, şəhvət hissi ilə toxunan.Y.Qurbanov)
7.Cabir ibn Səmuradan rəvayət olunur ki, bir kişi Peyğəmbər¬dən (sav) soruşdu: «Qoyun əti yedikdən sonra dəstəmaz alımmı?» Dedi: «Necə istəyirsən». Dedi: «Bəs dəvə əti yedikdən sonra necə?» Dedi: «Bəli». Hədisi Müslim rəvayət etmişdir.
8.Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Cənazəni yuyan qüsl, onu daşıyan isə dəstəmaz alsın». Hədisi Əhməd, Nəsai və Tirmizi rəvayət etmiş, sonuncusu onu yaxşı hesab etmişdir. (Əhməd, 2/280, 433, 454, 472; Tirmizi, 993. Əlbaniyə görə hədis səhihdir. Bax: “Səhih ət-Tirmizi” və “Əhkəm əl-Cənaiz”, səh.53)
9.Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav) bütün hallarda Allahın adını zikr edərdi. Hədisi Müslim rəvayət etmiş, Buxari isə onun isnadsız variantını rəvayət etmişdir.
10.İbn Abbasdan rəvayət olunur ki, Allaşın elçisi (sav) buyurmuşdur: «Sizlərdən biri namazda olarkən şeytan yanına gəlir və onun anus dəliyinə üfürür. Qarnından yel çıxmadığı halda ona elə gəlir ki, yel çıxmışdır, lakin belə olan halda səsi eşit¬məmiş və iyi duymamış namazdan çıxmasın». Hədisi Bəzzar rəvayət etmişdir. Hədisin əslini Buxari və Müslim Abdullah ibn Zeyddən rəvayət etmişdir. Müslim də buna bənzər hədisi Əbu Hüreyrədən rəvayət etmişdir.
Tarix: 25.04.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqlı melumatlar