Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Zahidlik (Tərki-dünyalyalıq) və (qəlbi) incəliklər) -Muhəmmədin ailəsinin ruzisi və ba

Birinci fəsil: “Allahım! Muhəmmədin ailəsinin ruzisini (ehtiyacı) çatacaq qədər et”.


Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Allahım! Muhəmmədin ailəsinin ruzisini (ehtiyacı ) çatacaq qədər et.”

İçinci fəsil: Peyğəmbər (s.a.v) yaşayışının çətinliyi

Ürvə Aişənin (r.a) belə dediyini rəvayət edir: “Ey bacımın oğlu, Allaha and içərəm ki, biz Aya baxardıq. Sonra bir Ayı da görərdik. Sonra o birisi Ayı da görərdik. İki Ayda üç hilal görüb tamamlayardıq. Lakin Peyğəmbərin(s.a.v) evlərində isə ocaq yandırılmazdı.” Ürvə belə rəvayət edir: “Mən: “Ey xala! elə isə sizləri yaşadan şey (azuqəniz) nə idi?” deyə ondan soruşdum. O da: “İki qara şey: Xurma ilə su! Doğrusu Peyğəmbərin (s.a.v) ənsarlardan bəzi qonşuları var idi. Onların süd verən heyvanları vardı. Bu heyvanları sağıb, südlərindən Peyğəmbərə (s.a.v) göndərərdilər. Peyğəmbər də bu süddən bizlərə içirərdi.”


Peyğəmbərin (s.a.v) zövcəsi Aişənin belə dediyi rəvayət olunur: “Peyğəmbər (s.a.v) , bir gündə iki dəfə çörək və zeytun ( yağı) ilə doymadığı halda vəfat etmişdir.”


Aişənin (r.a) belə dediyi rəvayət olunur: “Muhəmmədin (s.a.v) ailəsi iki gün buğda çörəyindən doyunca yeməmişdir. İki günün birində mütləq xurma olmuşdur.”


Əbu Hatim Əbu Hüreyrənin (r.a) belə dediyini rəvayət edir: “Nəfsim əlində olana and olsun ki, (İbn İbad belə demişdir: “və ya; “Əbu Hüreyrənin nəfsi əlində olana and olsun ki...”) Peyğəmbər (s.a.v) ailəsini üç gün ardıcıl olaraq buğda çörəyi yedirtmədən dünyadan ayrıldı.”


Aişə (r.a) rəvayət edir: “Peyğəmbər (s.a.v) , rəfimdə yalnız bir qədər arpadan başqa, canlı bir kimsənin yediyi bir şey olmadığı zaman vəfat etdi. Arpadan uzun zaman yedim. Onu çəkdim və (bu arpa da) tükəndi.”


Üçüncü fəsil: Peyğəmbər (s.a.v) qarınını doyuracaq pis xurma belə tapa bilmirdi.

Simak ibn Hərb, Ən-Numan ibn Bəşirin xütbə verərkən belə eşitdiyini (r.a) rəvayət edir: “Ömər, insanların dünyadan əldə etdikləri şeyləri xatırladı: “Mən, Peyğəmbəri (s.a.v) bütün günü (aclıqdan) qıvrilanaraq qarnını doyuracaq pis xurma (belə) tapa bilmədiyini gördüm.”


Dördüncü fəsil: Mühacirlərin kasıbları Qiyamət günündə Cənnətə zənginlərdən əvvəl girəcəklər.

Əbu Əbd ər-Rahman əl-Hubuli bir kişinin Abdullah ibn əl-Asdan belə (r.a) soruşduğunu eşitdiyini rəvayət etmişdir: “Bir adam, Abdullahdan bir şey istəyərək: “Biz, mühacirlərin kasıblarından deyilikmi?” dedi. Abdullah ona: “Sənin ona sığınacağın bir xanımın varmı?” deyə soruşdu. O adam: “Bəli, vardır!” deyə cavab verdi. Abdullah yenə ondan soruşdu: “İçində oturmaqda olduğun bir evin varmı?” O adam; “Bəli, vardır” deyə cavab verdikdə, Abdullah belə buyurdu: “Elə isə sən zənginlərdənsən.” Adam: “Amma mənim bir xidmətçim də var!” dedi. Abdullah ona: “O halda sən hökmdarlardansan!” deyə buyurdu. Əbu Əbd ər-Rahman belə buyurmuşdur: “Mən, Abdullah ibn Amr ibn əl-Asın yanında olduğum zaman üç nəfər gəlib ona belə dedi: “Ey Əbu Muhəmməd! Allaha and olsun ki, biz heç bir şeyə qadir deyilik. Nə sərf edəcək mala, nə heyvana, nə də əşyaya! Abdullah onlara: “Nə istəyirsiniz? İstəsəniz bizə müraciət edərsiniz. Biz də sizə Allahın sizin üçün verdiyindən verərik. İstəyirsiniz sizin haqda hökmdara xəbər verərik. Ya da, istəsəniz səbir edərsiniz. Çünki mən Peyğəmbəri (s.a.v) : “Şübhəsiz ki, mühacirlərin kasıbları qiyamət günündə Cənnətə zənginlərdən qırx il əvvəl girəcəklər!” buyurarkən eşitdim. O üç şəxs: “Elə isə səbir edirik və heç bir şey istəmirik!” dedilər.


Tarix: 24.04.2013 / 21:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar
loading...