Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxu və ümid

Uca Allah buyurur ki:
"…Ona həm qorxu, həm də ümidlə dua edin…" (Əraf, 7/56)

Uca Allah qullarına onların yaradıcısı və məbuduna Onun cəhənnəmindən və əzabından qorxaraq, cənnətinə və nemətlərinə ümidlə dua etmələrini buyurmuşdur. Beləliklə, Hicr surəsində:
"Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm! Eyni zamanda əzabım da çox şiddətli əzabdır!" (Hicr, 15/49-50)
(İmam ən-Nəvəvinin "40 hədis" adlı kitabında ("İmam ən-Nəvəvinin 40 hədisi", rus dilində, M, 2001, 2-ci nəşr) Uca Allahın bağışlama sifətinə geniş bir fəsil həsr edilmişdir. Mövzunun bu hissəsinə aidiyyətini nəzərə alaraq ondan bir sıra nümunələri, Uca Allahın rizası ilə, burada veririk. İmam ən-Nəvəvi qeyd edir ki: "Ənəs (Allah ondan razı olsun) demişdir:
«Mən eşitmişəm ki, Allahın Rəsulu (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), buyurub:
«Uca Allah demişdir: «Ey Adəm oğlu, həqiqətən, Mən, etdiklərinə (günahlarına) baxmayaraq, Mənə dua ilə ibadət edəcəyin və Mənə tapınacağın günədək səni bağışlayacağam! Ey Adəm oğlu, əgər sən səma buludlarına çatan qədər günahlar iş¬lətsən və sonra Məndən bağışlanmanı diləsən, Mən səni bağışlayaram! Ey Adəm oğlu, həqiqətən, əgər sən, az qala bütün yeri (doldura bilən) günahlarla Mənim yanıma gəlsən və Mənimlə bərabər heç nəyə ibadət etmədən Mənlə görüşsən, Mən hökmən sənə bağışlanma əta edərəm və o (bütün günahlarını örtər)!» Ət-Tirmizi və əd-Darimi rəvayət etmişlər.
Peyğəmbərin (sallallahu əleyhi və səlləm) bütün sünnələrinin məcmusu olan hədislərin hamısından bu hədis daha çox ümid verir, çünki onda Uca Allahın olduqca çox şeyləri bağışlaya biləcəyindən bəhs edilir. Bu ona görə edilir ki, çoxsaylı günahlar törədən şəxslər Allahın onları bağışlayacağına ümidlərini itirməsinlər. Digər tərəfdən, heç kim bununla özünü aldatmamalı və günahların girdabına atılmamalıdır; elə ola bilər ki, bu günahlar insanı büsbütün özünə tabe edərək, Allahın bağışlaması haqqını qazanmağa imkan verməsin (Fəslin mətni rus dilindən tərəfimizdən tərcümə edilmişdir)
Məhz Allahdan qoxması qulu Allaha qarşı çıxmaqdan və Onun qadağan etdiyi şeylərdən uzaqlaşmağa sövq edər, Onun Cənnəti və mərhəmətinə ümid etməklə sağlam işlər görməyə, Rəbbini razı salacaq hər hansı bir əməli yerinə yetirməyə yönəldər.

Bu ayənin göstərdiyi yol
1. Qul, onu yaradan Allahına dua etməlidir. Onun duasını eşidən və qəbul edən Odur.
2. Allahdan qeyrisinə dua etməməlidir. Hətta, bu qeyrisi lap peyğəmbər, övliya və ya mələk olsa belə. Çünki, dua namaz kimi bir ibadətdir və onun Allahdan başqasına yönəldilməsi yolverilməzdir.
3. Qul Rəbbinə cəhənnəm odundan qorxaraq və cənnətinə ümid edərək dua etməlidir.
4. Kərim ayə ilə Allaha ondan qorxaraq və yaxud Onun nemətlərinə ümid edərək ibadət etmədiklərini deyən sufilərin baxışları rədd edilir. Çünki qorxu və ümid ibadətin növlərin¬dəndir. Uca Allah insanların ən seçilmişləri olan peyğəmbərləri tərifləyərkən belə buyurur:
"…Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər" (Ənbiya, 21/90)
5. Kərim ayədə "əməllər ancaq niyyətlərlədir" hədisini "əl-Ərbəin ən-Nəvəvi" (Nəvəvinin 40 hədisi – red.) adlı əsərində açıqlayarkən Nəvəvinin istifadə etdiyi aşağıdakı ifadələri də rədd edilir:
Əməllə bərabər niyyətdə də olduğu təqdirdə üç hal yara¬nır:
birinci, Uca Allahdan qorxaraq belə əməli etmək. Bu sadiq qulların ibadətidir;
ikinci, bu əməli cənnətə və savaba görə etməsidir. Bu da tacirlərin ibadətidir;
üçüncü isə, bunu Allahdan utanaraq, qulluq haqqını və şükrü ödəmək üçün edilir. Bu da azad insanların ibadətidir.
Şeyx Məhəmməd Rəşid Rıza bu sözlərlə bağlı olaraq "Məcmuətul-hədis ən-Nəcdiyyə" adlı əsərdə bunları söyləyir:
Belə bir tərzdə qisimlərə ayırmaq hədis alimlərinin söz¬lə¬rindən daha çox sufilərin sözlərinə oxşayır. Tədqiqatın nəticəsi budur ki, kamillik – onun "qulların ibadəti" adını verdiyi (hamımız Allahın qullarıyıq) qorxu ilə, "tacirlərin ibadəti" adlandırdığı Allahın savabına və lütfkarlığına ümidin bir yerdə olmasıdır.
Şeyx Mutəvalli əş-Şəravi də kitablarında sufilərin əqidəsini mənimsəmişdir. Çünki o sözü keçən bir hissəni qeyd etməklə, hətta "…və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" (Kəhf, 18/110) buyruğunu öz rəyi ilə açıqlayarkən daha qabağa gedərək: "Cənnət də bu şərik qoşulan şeylərdən biridir" deyir (və bu sözləri ilə Uca Allaha qarşı, cənnətini arzulayaraq ibadət etməyin şirk olduğunu çərənləyir)
Şəravi "əl-Muxtar min Təfsiril-Quranil-Azim" adlı əsərin¬də də bunları bildirir:
Üçüncü növ – Uca Allaha ibadət etməyə layiq olduğu üçün ibadət etməkdir. Buna isə bu qüdsi hədisi dəlil göstərir: "Əgər mən cənnət və ya cəhənnəmi yaratmamış olsaydım ibadətə layiq olmayacaqdımmı?" (II, 25)
Şəravi bu hədisin səhihliyinə toxunmur. Lakin göründüyü kimi bu hədis uydurmadır. Çünki Qurana ziddir. Kitabında bəhs etdiyi bu şərh onun televiziya ekranlarında kərim ayəni təfsir edərkən söylədiyi "cənnət də bu şərik qoşulan şeylərdən biridir" ifadəsini müdafiə edir.
Kim desə ki, Şəravi bu sözləri ilə "cənnətə ibadət edən Allaha şərik qoşur" demək istəmişdir, deyirsə, ona belə cavab veririk: "Dünyada "mən cənnətə ibadət edirəm" deyən heç bir kimsə yoxdur. Lakin Şəravinin bu təfsiri onun kitablarında mənimsədiyi sufi əqidəsini örtüb gizlətmək üçündür. Sufilər deyirlər ki, biz təkcə Allaha ibadət edirik. Cənnətinə ümid etmir və ya cəhənnəmindən qorxmuruq.


Tarix: 17.04.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Maraqlı melumatlar
loading...