Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklərin sənin üçün bağışlanma diləməsini istəyirsənmi?

Əbu Hureyrədən rəvayət olunur ki,Allah Rəsulu(sav) buyurmuşdur:
"Bir insanın camaatla qıldığı namaz, evində və ya iş yerində qıldığı namazdan iyimi beş dəfə üstündür.Əgər bir insan kamil dəstamaz alar, sonra ancaq namaz qılmaq üçün evindən çıxar və məscidə gedərsə, atdığı hər addıma görə onun bir dərəcəsi yüksələr və bir günhası silinər.Əgər məsciddə namaz qılarsa və sonrakı namazı gözləyərsə məsciddə olduğu müddətdə mələklər onun üçün belə dua edərlər: Allahım! Onu bağışla.Aııahım! Ona mərhəmət et.
Sizdən biriniz sonrakı namazı gözlədiyiniz müddətdə namaza davam etdiyi kimi savab yazılır.
(Buxari və Müslim)

Bu hədisə görə namaz qılan nə kimi xeyir əməllər sahibi olur:

1.Müsəlman üçün qat-qat savab qazanmaq imkanı vardır.Misal üçün,sadəcə bir fərz namazının on qat savabı vardır.Amma bu namazı camaatla qılmısansa , hədisdə qeyd edildiyi kimi iyimi beş qat savab qazanmaış olursan.Beləliklə camaatla qılınan bir fərz namazının savabı iki yüz əlli olur.
Amma namaz qılmayan kimsə,bütün bu savablardan məhrum olur.

2.Namaz, müsəlmanın dərəcəsini yüksəldir

3.Namaz, günahları örtür və xətaları silir

4.Müsəlmanın məsciddə kieçirdiyi vaxt(əgər namaz qılar və digər namazı gözləyərsə) namaz qılsın və ya qılmasın onun hesabına namaz qılmış kimi savab yazılır.Bu müddət ərzində də mələklər ona dua edər və Allahdan bağışlanmasını diləyərlər.
Ağılıı insan isə hər zaman yaşadığı cəmiyyətdə salihlərin duasını qazanmağa çalışar.Bir anlığa düşün ki, hər zaman Rəbbinə asi olmayan və onun əmrlərini yerən yetirən mələklərin duasını qazanmaq istəmirsənmi?
Mələklər hər zaman Allaha dua edər və ona yaxındırlar.Mələklər Uca Allahın dərgahında böyük dəyər sahibləridir.Məlklərin duaları qəbuldur.
Elə bir insan ola bilərmi ki, belə xeyirdən məhrum olmağı istəsin.

5.Məsciddə bir fərz namazını qılıb sonrakı namazı gözləmək,müsəlmanın hesabına namaz qılmış kimi yazılan ən dəyərli vaxtdır.Bu Uca Allah tərəfindən ən böyük ıütf və mərhəmətdir.Namaz qılmayıb başqa faydasız işlərlə vaxtını keçirənlər nə qədər ziyan içindədirlər!!

6.Ölüm hər zaman bizi yaxalaya bilər.Əgər müsəlman bu müddət ərzində ölərsə , bu ən gözəl sonluqdur.Bu müddət ərzində ölərsə dəstamazlı və təmiz bir halda ,ruhu mələklərin qanadları arasında ,mələklərin duaları , bağışlama diləmələri və Uca Allahın rəhmətinə bürünmüş halda göylərə yüksəlmiş olur.Bu ruh təmiz bir məkandan,təmiz bir bədəndən və Allah dərgahında çox dəyərli bir vaxtda göylərə yüksəlmiş olur.
Bu vaxt Allahın bəndələrinə seçdiyi namaz vaxtıdır.Nəqədər salih insanlar vardır ki, namaz qıldıqları yerdə vəfat etmişdirlər.Əgər bu salih insanlar Allaha itaət və namazdan uzaq olmuş olsaydılar, başqa bir yerdə dünyalarını dəyişəcək və hesaba çəkilmələri də başqa əməllər üzərinə olacaqdı və bu gözəl , xoşbəxt sadəti əldə edə bilməyəcəklərdi.


Tarix: 12.04.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Maraqlı melumatlar
loading...