Sual: Aşağıdakı məsələ ilə əlaqədar mənə kömək göstərsəniz sizə çox təşəkkür edərəm. Mənim qızım xristiandır (kitab əhli) və o müsəlman bir kişi ilə evlənmək istəyir, lakin öz dinini dəyişmək istəmir. Onlar hər ikisi Sinqapurda yaşayırlar. Mənə deyiblər ki, Sinqapurda müsəlman kişi, yalnız xristian qadın İslam dinini qəbul etdikdən sonra onunla evlənə bilər. Çünki müsəlmançılıq orada üstünlük təşkil etmir. Bu belədirmi? Belə deyilsə, qızım xristian dinində qalmaqla və onlar hər ikisi müsəlman kəbini edərək evlənə bilərlərmi? Həmçinin müsəlman kişi müsəlman nikahı etdikdən sonra xristian nikahında iştirak edə bilər? Bu cür uzun sual verdiyimə görə sizdən üzr istəyirəm. Lakin bu məsələ bizim ailəmizdə böyük çətinliklər yaradır. Mən bu məsələdə doğru müsəlman şəriət qanunu bilmək istəyirəm ki, problemi hər bir kəsi ən az məyusluğa yol verməklə həll edim. Əvvəlcədən sizə təşəkkür edirəm.
Cavab:
Həmd Allaha məxsusdur.
İslam dini xristian bir qadınla, qadın iffətli isə evlənməyi qadağan etmir. Allah təala buyurur: “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!”. (Əl-Maidə 5:5)
Burada “namuslu, ismətli qadından” qəsd edilən onun azad olması və namuslu, iffətli, ismətli olmasıdır (əxlaqsız, pozğun olmamasıdır).
Lakin qadın əxlaqsız (fahiş işlər ilə məşğul olan) isə və onun oğlan dostları “boyfriend” və yaxud əlaqədə olduğu sevgililəri varsa, o zaman İslam bu cür qadınla evlənməyi qadağan edir. Fərqi yoxdur istər həmin qadın müsəlman və ya Əhli Kitabdan bir qadın olsun. Həmçinin, qız dostları “girlfriend” və yaxud məşuqələri olan bir kişi ilə də evlənməyi qadağan etmişdir. Bundan məqsəd nikahın pozulmasının və nəsillərin qarışmasının qarşısını almaq və mübahisələrdən, ittihamdan və şübhələrdən çəkindirməkdir.
Müsəlman kişinin (ərin) xristian adət-ənənələrinə əsasən keçirilən nikah mərasimində iştirakı məsələsinə gəldikdə isə, buna icazə verilmir. Çünki bu cür mərasimlərdə İslam dininə əsasən qadağan olunan bir çox məsələlər var: məsələn qadın və kişilərin bir-birinə qarışması, musiqi dinləmək, içki içmək, rəqs etmək və s.
Hədisdə peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın”. Əhməd 1/20; əl-Beyhəqi 7/366 rəvayət etmişdir. Əl-Albani əl-İrva 7/6 əsərində hədisi səhih olaraq təsnif etmişdir.
Sizə, yüksək əxlaq və bu cür gözəl münasibətiniz və İslam dininin bu məsələ barəsində hökmlərini soruşmaq üçün hərisli olduğunuza görə sizə təşəkkür edirik.
Allahdan sizə kömək etməyini və sizi İslam dininə hidayət etməsini istəyirik.
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
Tarix: 05.04.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar