Heyvanların döyüşdəki köməklərinə görə 1943-cü ildə İngiltərədə Maria Dickin tərəfindən bir mükafat sistemi qurulmuşdur. Dickin Medalı (Dickin Medal) olaraq bilinən bu sistem heyvanlara verilən bir növ şərəf nişanıdır. Bu medalın yaradılmasına əsas səbəb quşlar olmuşdur. Çünki quşların istiqamət tapma və xəbər çatdırma qabiliyyəti əsrlər boyunca istifadə edilən ən etibarlı ünsiyyət üsulu olmuşdur.
Quşların yuva tapma qabiliyyəti və mesaj çatdırmaları I və II Dünya müharibələrində fayda verərək hava qüvvələrinin də işini asanlaşdırmışdır. Belə ki II Dünya müharibəsi (1940-ların başı) əsnasında ABŞ ordusu güclü bir göyərçin ordusu meydana gətirmiş (3150 əsgər və 54 min quş) və mesajların 90 faizini bu şəkildə çatdırmışdır. Havanın gizli agentləri olan quşlar fəlakətlərdə də cəsarət göstərmiş və saysız həyatı qurtarmışdır. Quşlardan sonrakı ən çox mükafat alan heyvan növü isə itlər olmuşdur. İtlərin qoxu hiss etmə xüsusiyyətiylə bir çox silahları tapması qürur medalı alması üçün kafi olmuşdur. II Dünya müharibəsində 54 heyvana Dickin Medalı verilmiş (32 göyərçin, 18 it, 3 at və 1 pişik) və bu heyvanlar döyüşlərdə, fəlakətlərdə heyətli canlılar olaraq iştirak etmişdir. 2000-ci illərdən sonra ölkələr arasındakı döyüşlərdə 11 Sentyabr hücumu da daxil olmaq üzrə qəhrəmanlıq göstərən quş və itlərə Dickin Medalı verilərək heyvanların qiymətli bir canlı olduğunun üstündə dayanılmışdır. Ən son 2011 Avqustunda bir itə verilən Dickin Medalı bu günə qədər 63 dəfə verilmişdir.
Tarix: 10.12.2014 / 18:22 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Maraqlı Melumatlar