İstər yeni tanış olmuş olun, istərsə də 20 illik evli olun, bəzi vərdişlər var ki, əlaqələrinizi çox pis həddə çatdıra bilər.
Evlilikləri 20 ildən artıq sürən insanlara “bu qədər müddətdə normal münasibəti necə qorumaq olar?” sualını verdikdə beş cütdən dördü tərəddüdsüz eyni cavabı verir: “Yatağa əsla əsəbi şəkildə girməyin.”
Yatmazdan öncə problemləri həll etmək nəinki insanda ruh rahatlığı yaradır eyni zamanda iki insan arasındakı səmimiyyətin səviyyəsini yüksəldir.
Hər hansı bir problemi uzatmaq və əsəbi olmaq həmin üzüntünü sabahı günə də aparır ki, bu da cütlər arasındakı hissləri azaldır.
Ev heyvanlarını çox sevirsiniz, hətta evinizdə itiniz ya da pişiyiniz də var. Nəzərə alın ki, qarşınızdakı insan bunu sevmiyə də bilər. Bu bir növ uşaqlı ər-arvadın yatağını uşaqları ilə paylaşması kimidir.
Pis qoxular ən yaxşı olanlar qədər insan psixologiyasına təsir edir. Tər, ağız və bu kimi digər qoxuları yataq otağınızdan uzaq tutun. Bir çoxları zaman keçdikcə özlərini daha rahat hiss etmələri üçün qeyd etdyimiz nüanslara fikir verməməyə başlayırlar. Halbuki, hər şeydən əvvəl insan gərək hər zaman özünə qarşı diqqətli olub, təmizliyinə riayət etsin.
Tarix: 28.12.2012 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 488 Bölmə: Maraqlı Melumatlar