Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyada ən qədim göydələnlər

Bəşəriyyətə məlum olan ən qədim göydələnlər Yəməndə inşa olunub. “Ayaqda qalan” göydələnlərdə hələ də insanlar yaşayır. UNESCO tərəfindən qorunan tikililər Yəmənin turizm obyektlərindən hesab olunur.

Güman edilir ki, göydələnlər müqəddəs kitablarda da haqqında danışılan Ad qövmü tərəfindən inşa edilib. Tarixi mənbələrdə isə tikililərin inşaatçıları kimi Hadramut vilayətində yaşayan Hadramilər göstərilib. Onlar bu tikililəri dağıdıcı hücumlardan qorunmaq üşün tikiblər.

Qeyd edək ki, tarixi göydələnlərdə dəmirdən istifadə edilməyib. Yalnız palçıq və kərpicdən tikilən tarixi abidələr müasir dövrün göydələnləri ilə rəqabət apara bilər.


Tarix: 26.11.2014 / 18:05 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Maraqlı Melumatlar
loading...