Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kubalı qocaların uzunömürlükülərinin sirri

Kubalı uzunömürlülər deyirlər ki, onların sirri spirtli içkilərdən imtina, lakin bol-bol siqar çəkmək, qəhvə içmək və sekslə məşğul olmaqdan ibarətdir.
Belə nəticəyə gəlmiş tədqiqatçılar yaşı 100-ü keçmiş 54 uzunömürlü kubalının həyat tərzini öyrənərək gəliblər. Bu qocaların hamısı Kubanın Vilya Klara regionundandır.
Bu ahılların 60 faizinin ata-anası da uzunömürlü olublar.
Kubada 11 milyon insan yaşayır. Onların arasında yaşı 100-ə çatmışların sayı 3 minə yaxındır.
siqar çəkən kubalı
Alimlərə əsasən, qocaman kubalılar sərt, amma asketizmdən uzaq həyat tərzi sürürlər.
Onlar spirtli içki içmilər amma o ki, var qəhvə və siqardan istifadə edirlər.
Tədqiqat qrupunun rəhbəri Nensi Nepomuçenoya əsasən, uzunömürlülər seks daxil olmaqla, müxtəlif fəaliyyət növlərinə sağlam maraq göstərirlər.
Onların hamısı kənd yerlərindədir.

Qida rasionu isə belədir: balıq, yumurta, süd, toyuq əti, tərəvəz, çox az duz.
Kubada orta ömür müddəti 76 ildir. Lakin Vilya Klaranın özündə bu hədd 78 ildir.


Tarix: 26.11.2014 / 11:00 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı Melumatlar
loading...