Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akula mədəsində on maraqlı tapıntı

The Times qəzeti öz şəxsi arxivindən akulaların mədəsindən tapılmış ən qeyri-adi tapıntılar barədə məlumat vermişdir.
1.1821-ci ildə qəzetdə yem əvəzinə metal dollardan istifadə edərək balıq tutmağa çalışan dənizçi haqqında yazılmışdır. "4 gündən sonra 300 mil məsafədə onun yoldaşları mədələrində metal dollarlı üç qarmaq aşkar edilən akula və delfin tutmuşlar"- qəzet məlumat verir.
2. Bir qoyun, buzovun başı və ayaqları, krab və hansısa müəmmalı "dəniz bayquşu" -1823-cü ildə tutulmuş akulanın mədəsində tapılanların siyahısı belədir.
3. Elə həmin il bir akulanın mədəsində 6 funtluq top nüvəsi tapmışlar. Müəllif güman edirdi ki, bu nüvə ölmüş bir adamı dənizdə dəfn etmək üçün bərkidilmişdir. Lakin akula meyiti öz yükü ilə birlikdə yemişdir.
4. Özünü neytral gəmi kimi qələmə verən Amerikanın "Nensi" gəmisindən olan sənədlər - Amerika inqilabı dövründə britaniyalı dənizçilər tərəfindən akulanın qarnından tapdıqları. Maraqlıdır ki, akulanın qarnını kapitanın əmrinə əsasən yarmışlar.
5. "Bu nəhəng akulanın yeddi sıra dişi olmuşdur ki, onlardan üç sıra yuxarı damaqda yerləşmişdi... Onun qarnından yarıçürümüş, yaxşı geyinmiş ortaboylu kişi meyiti tapılmışdır. Əynində sədəf rəngli düyməsi olan ağ köynək, ipək alt köynəyi, pambıqdan olan corablar, təzə ayaqqabılar var idi" - 1856-cı ildə Yeni Orleandan verilmiş reportajda belə deyilirdi.
6. Qasırğa "Yutlandiya" paraxodunun yelkənində ikinci maşinist Teytə məxsus olan qazı aparmışdır. Qazın ayağında onun sahibinin adı və ünvanı olan birka bərkidildiyindən, onu akulanın mədəsindən tapmış balıqçılar Teytə qaytarmışlar, o isə qazı qızardaraq yemişdir.
7. Brisbeyndə nəhəng akulanın qarnından qoyun dərisi və qeyri -adi dərəcədə böyük olan krab da daxil olmaqla çoxlu sayda əşyalar tapılmışdır.
8. Fiumda tutulmuş akula haqqında deyilir: "Onun mədəsindən ayağında ayaqqıbılar olan iki insan pəncəsi tapılmışdır".
9. 1922-ci ildə akulanın qarnından diri tısbağa çıxarılmışdır. Onu Nyu-York akvariumuna vermiş və İona adlandırmışlar.
10. Sidney akvariumuna canlı akulanı gətirən vaxt o, ağzından tatuirovkası olan insan əli püskürmüşdür. Tatuirovka və barmaq izlərinə görə müəyyən etmişlər ki, "bu əl polisin versiyasına görə öldürülmüş və dənizə atılmış Ceyms Smitin əlidir"-qəzet bildirir.


Tarix: 25.11.2014 / 18:39 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı Melumatlar
loading...