Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəlkə, onlar belə demək istəyiblər?

Prezidentlər nitqlərini söylədilər.Dügün,hər zaman olduğu kimi danışdılar.Amma....Əvvəlcə Oxuyaq ;)

Bill Clinton

Türkiyə bizim hər zaman dostumuz

olan bir ölkədir. Həmişə şərəfli və bizimlə bərabər

olmaq istəmişdir,bunu bilirik.Mənfəətlərimiz

hər şey demək deyil.Dünya sülhünün fasiləsizliyi

üçün Türkiyəni də,digər yoxsul ölkələri də

dostcasına salamlayırıq.Bu yolda bütün təcrübəmizi

istifadə etmək məcburiyyətindəyik.



SULEYMAN DEMIREL

Kreslomda bir az daha oturmaq üçün

heç kimdən heç nə istəmərəm. Demokratiya üçün

nə lazım olsa edərəm,çünki,hirsdən

təmizlənmək məcburiyyətindəyik. Müasir mədənilik yolunda

coşmuş bir insanam. Mənsiz bir Türkiyə

də çox yaxşı gözəl idarə oluna bilər. Bunun əksini

düşünə bilmirəm.Özüm üçün bir şey

istəyirəmsə namərdəm. Tərsi olsaydi deyərdim ki;

istəyirəm, bəli,müddətim uzadılsın! !


DEVLET BAHÇELI

Bizim məqsədimiz bu yoxsul xalqın

şikayətlərinə qulaq asmaq və həll etməkdir.Əsla

şovinizm duyğularını şişirtmək

iddiası güdmürük.Qardaş döyüşünü qızışdırmaq

və bu yolda heyətləşməyi düzəltmək-

dən qaçırıq.Hədəfimiz ümidləndirmək-

dır.Bizə faşist deyərək hücum edənlərin

haqsızlıq etdiklərini düşünürük.Onların siyasi

həyatı bitəcək.

BÜLENT ECEVİT

Mənim bir siyasətçi olduğuma

şübhə ola bilməz.Yolumdan döndüyümə

hələ inanalar varsa,onların ağıllarına

heyrət edirəm.Hər seqmentdə sabit fikirlilərə

heyrət edirəm.Həqiqət olan hər vaxt və hər mövzuda

xalqın istəyidir. Sağçıların qibləsi isə həmişə

Amerika Birləşmiş Ştatlarıdır.Mən də

xalqım üçün varım və bütün xidmətlərimlə

onların bir məmuru olmaqdan qüur duyuram.


MESUT YILMAZ

Mənim dürüst partiya lideri imicim

hər şeydən əhəmiyyətlidir.Mən başqa liderlər kimi

xalqı aldatmaq məqsədiylə hazırlanmış

oyunlara daxil olmuram.Bu mənim üçün çəkiniləcək

bir görünüşdür.İqtisadiyyatla və birjayla

vəzifəm lazım olduğu qədər əlaqədaram.Xalqımla

yaxınam və bu əlaqələrim sayəsində

cəmiyyətdə qiymətli bir yerim var.Fikirləşməsinlər ki,

yaxın ətrafımı canlandırıram...

Bəli,oxuduq.İndi də,işin ən həyəcanlı qisminə gəlib çıxdıq.Zəhmət olmazsa,indi yenidən ilk sətirdən e'tibarən 1 sətir buraxaraq oxuyun.
P.S.1-ci cümləni oxuyuruq,2-cini ötürürk,3-cü cümlə bu zaman 1-cinin ardı olur.

Deyəsən əsl həqiqətlər 2-ci dəfə oxuduqlarımızdır ;) Sizcə?


Tarix: 10.12.2014 / 17:44 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Maraqlı Melumatlar
loading...