Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daş Meşə

Madaqaskarda özünün möhtəşəmliyi ilə hamını heyran edən unikal bir yer var. Bu yer dünyanın 10 geoloji möcüzəsindən biridir.

Tsinci-de-Bemaraha qoruğunu 152 000 hektarlıq ərazidə yerləşir. “Daş meşə” adını daşıyır. Yerli əhali buranı tərcümədə “yalınayaq gəzilməyən yer” mənasını verən “Tsinqi” adlandırırlar. 1927-ci ildə Tsinci-de-Bemaraha Milli Qoruq statusunu almış, 1990-cu ildə isə Uneskonun Dünya Mədəniyyət Mirasları siyahısına alınmışdır. Qoruğun ümumi ərazisi 152 000 hektar təşkil edir ki, bu da, Madaqaskarda qorunan ən iri sahədir. Alimlər bu unikal yerin 1 milyon il yaşı olduğunu iddia edirlər. Qoruq milyon illər ərzində küləklərin və suyun möcüzəvi şəkildə dəyişdirdiyi qayalar kompleksləri və hündürlüyü 50 m-ə çatan zəncirvari zirvələrlə əhatə olunmuşdur. Belə daş “ağac”ların bəzilərin hündürlüyü 100 m-ə çatır.

Milyon il bundan əvvəl bu yerlərdə okean mövcud olmuş və okeanı dərinliyində olan sualtı qayalar əhatə etmişdir. Daha sonralar dərinlikdə olan ərazilər üzə qalxmış və bu zaman küləklər və yağışlar eyniylə yuyub aparma işlərini davam etdirmişlər. Beləliklə, “Daş” meşə yaranmışdır.

Qoruğa aparan yol çox çətin keçiləndir və avtomobil ilə hərəkət zamanı sürət həddi 15 km/s-ı keçə bilmir. Bu “Daş” meşədə dünyanın nadir heyvanlarından olan ağ lemurlar yaşayır.


Tarix: 26.11.2014 / 17:49 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı Melumatlar
loading...