Qafqaz
“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotun mətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi 77-ci ildə Plininin “Təbii tarix” əsərində verilir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.
Qafqaz, Gitara, Fındıq, Qardaş, Musiqi, Kəlməbaz
Azərbaycan əfsanələrində Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və dar məqamda insanların imdadına çatan Simurq quşu da burada yaşayır.
Qafqaz, Gitara, Fındıq, Qardaş, MusiqiGitara
Bu musiqi alətinin adı Avropa xalqlarının dillərinə XII-XIII əsrlərdə yunan dilindən keçib. O zaman Avropada ladları olan uzun qollu və kənarında əyriləri olan taxta, yastı çanaqlı musiqi alətlərinin hamısına “gitara” deyilirdi. Sözün yunan dilinə bilvasitə fars dilindən keçməsi və başqa bir musiqi aləti olan “sətar”ın (farsca “üç sim”) adının əsasında yarandığı güman edilir. Azərbaycan milli musiqi aləti “tar” da farsca “sim” deməkdir və nəticədə “gitara” ilə “tar”ın qohumluğunu aşkar etmiş oluruq.
Fındıq
Yunan dilində “Pontikon karion” “dəniz cevizi” deməkdir. Bu ifadənin birinci hissəsi ərəb dilinə “bunduk” kimi keçmiş, sonra dilimizə “fındıq” kimi daxil olub. Beləliklə, “fındıq”ın əslində yunan dilindəki “dəniz” sözünün əsasında yarandığını söyləyə bilərik.
Qardaş
Dilimizdə ən çox istifadə olunan kəlmələrdən biri “qardaş” əslində “qarındaş” sözünün dəyişilmiş şəklidir və “eyni qarnı paylaşdığın şəxs” mənasını verir.
Musiqi
Yunan dilində “musike” kəlməsi “Muzelərin incəsənəti” deməkdir. İlahələr olan muzelər qədim yunan mifologiyasında elm, poeziya və incəsənətin qəyyumları sayılırdılar. Onlar Parnas dağında yaşayırdılar. Başlanğıcda “musiqi” sözü indiki mənasını daşımırdı və muzelerin məşğul olduqları ixtiyari incəsənət sahəsinə istinadən işlənirdi.
Tarix: 26.11.2014 / 13:11 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Melumatlar