İngiltərənin Kayropraktik (oynaq və onurğa iliyi müalicə üsulu) Təşkilatı, gündəlik paltarlarda onurğa sistemi zərərlərini izah edib . Tim Hutchful, boyun, kürək və diz ağrılarında əslində bir çox paltarın əhəmiyyətli rol oynadığını söyləyib.
Qələm ətək: Dizlərinizi yaxınlaşdıraraq balanslı yeriməyi və dizləri bükməyi çətinləşdirir. Hərəkət qabiliyyətini azaltdığından zamanla əzələlərin çəkilməsinə yol aça bilir.
Ağır boyunbağı: Boyun əzələləri, tendonları və oynaqları, dörd yarım-beş yarım kilo arası ağırlığındakı başı daşımaq üzrə tarazlığa sahibdir. Lakin bu ağırlığın üstünə ağır boyunbağıların olması, boyundakı təbii tarazlığı poza bilir. Boyun tutulmasından, əyriliklərə qədər pis nəticələr doğurur.
Yığışdırıcı Korset: likralı və ya elastik deyilsə, paltarların altına geyilən dar korset, nəfəs alışını və hərəkət qabiliyyətini məhdudlaşdırdığından onurğaya anormal təzyiq tətbiq edə bilir. Bu da müntəzəm geyilməsi halında, belin altı və üstündə qalıcı zərərlər meydana gətirir.
Yüksək dikdabanlar: Həm ayaq həm də kürək sağlamlığını təhlükəyə atır. Baş barmaqda çıxıntı və ayaqda qabarlara səbəb ola bildiyi kimi baldır əzələlərinin qısalmasına və bu səbəbdən qan dövranı sisteminə zərər verə bilər. Diz ağrıları da yenə müntəzəm olaraq yüksək dikdaban ayaqqabı geyildiyində artır.
Boyundan üçbucaq bağlamalı üstlər: Bikini, kofta və ya alt paltarların boyundan bağlamalı modellərdən seçim ediməməsi təklif edilir. Çünki, eynilə ağır boyunbağılar kimi boyuna tətbiq olunan təzyiq ucbatından bu modellər boyun, çiyin və kürək sağlamlığını təhlükəyə atır.
Dar buzqalterlər: Xüsusilə böyük sinə bədəninə sahib qadınların incə ipli buzqalterlər geyinməmsi məsləhət görülür. Əks təqdirdə çiyinlərdə həm fiziki həm də bioloji problemlərəsəbəb olur.
Dar cinslər: Həm bel, həm omba, həm də baldırlara möhkəm yapışan geyimlər, yeriməyi pozduğu kimi oynaqlarda uzunmüddətli ağrılara səbəb olur.
Böyük çantalar: Xüsusilə dirsəyə dəyən böyük çantalar da onurğada əyriliyə səbəb olur, çiyin, kürək və boyun sağlamlığını təhlükəyə atır.
Tarix: 22.11.2014 / 23:01 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqlı Melumatlar