Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən uzağa uçan quşlar hansılardır

Aleut suqaranquşu hər il bu diyardan o birinə köçərkən 40000 km məsafə qət edir. Şimal yarımkürəsində yay olanda Arktikada yuva qurur. Cənub yarımkürəsində yay olanda oraya uçur, çünki yay vaxtı burada yem çox olur.



BÖYÜK ÇİNƏDANLI PELIKAN



Balıq tutmaq üçün o, dimdiyini açaraq suya düşür və onun böyük çinədanı su və balıqla dolur. Onda pelikan başını yuxarı qaldırır, su axıb gedir, çinədanda qalan balıqları isə udur.

ÜZMƏYƏN DƏNİZ QUŞLARI

Dəniz quşu olsa da Treqat quşu üzə bilmir, ona görə də suya toxunmamağa çalışır. Yemi suyun üstündən götürür, yaxud başqasının əlindən alır.

QARABATDAQ

Onların 30-a qədər növü var. Birindən başqa bütün növlər uçur. Qalapaqos qarabatdağı Cənubi Amerikada Qalapaqos adalarında yaşayır. Qanadları çox kiçik olduğundan uça bilmir. Lakin çox yaxşı üzür və öz qidasını ancaq sudan alır.



QAĞAYILAR

Qağayıların 45 növü var. Onlar bütün dünyanın sakinləridir, ancaq Şimal yarımkürəsində növləri rəngarəngdir. Bu quşların ölçüləri müxtəlifdir: ən kiçik qağayının uzunluğu 28 sm, böyük dəniz çaykasının uzunluğu 65 sm-dir. Qağayılar həm suda, həm də quruda, bəziləri hətta şəhərin içərisində qidalanırlar.



ƏN UZUN QANAD

Səyyah albatrosun qanadları bütün başqa quşların qanadlarından uzundur. Qanadlarının uzunluğu 3,3 metrə çatır. Bu əzəmətli quş ömrünün çox hissəsini okean üzərində süzür, gün ərzində bir neçə yüz km məsafə qət edir. Səyyah albatros Antarktida yaxınlığındakı adalarda nəsil artırır.


Tarix: 10.12.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqlı Melumatlar
loading...