İybilmə qabiliyyəti zəif olan insanlar niyə tez ölürlər?
Amerikalı elm adamları iybilmə qabiliyyəti güclü olan insanların daha uzunömürlü olduqlarını açıqlayıblar.
"PLoS One" adlı elmi jurnalda yayımlanan məqaləyə görə, 57-85 yaş arasındakı 3 min insan arasında aparılan araşdırmaların nəticələri də göstərib ki, yaxşı qoxu ala bilməyənlərin ömrü qısa olur.
Elm adamları qoxu alma qabiliyyəti ilə insan ömrü arasındakı əlaqənin nədən ibarət olduğunu hələlik müəyyənləşdirə bilmədiklərini açıqlayıblar. Ancaq hüceyrələrin yenilənmə prosesinin yavaşlamasının iybilmə qabiliyyətinin də zəifləməsinə səbəb ola biləcəyini qeyd ediblər. Hüceyrə yenilənmirsə, deməli o insan çox da uzun yaşamayacaq.
Tarix: 22.11.2014 / 22:58 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Melumatlar
loading...