Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözdən əlillər üçün telefon

Dünyanın bir çox ölkəsində əlil insanların cəmiyyətdən kənarda qalmaması, normal həyat tərzi yaşaması üçün bir çox dövlət və qeyri-hökumət təşkilatları tədbirlər, kampaniyalar keçirir, dünyanın diqqətini əlil insanlara yönəltməyə çalışırlar.

Bundan əlavə, əldə olunmuş ən son texnoloji nailiyyətlərin sayəsində əlil insanların həyatını bir az da rahatlaşdırmağa çalışan alimlər durmadan bu səhədə araşdırmalar aparır. Bildiyimiz kimi, görmə qüsurlu insanlar üçün xüsusi kitablar və kompyuterlərdən başqa hər hansı bir texniki avadanlıq mövcud deyil. Ancaq bu yaxınlarda kor insanlar üçün yeni bir cihaz istifadəyə veriləcək.

Hindistanlı bir alim gözdən əlillər üçün “ağıllı telefon” hazırlayıb. Hindistanın Texnologiya İnstitutunun və L. V. Prasad Göz İnstitunun dəstəyi ilə Sumit Daqar adlı hindli alim kor insanlar üçün sensor ekranlı telefon hazırlayıb. Daqarın sözlərinə görə, bu ilin sonuna kimi bu yeni telefonun istehsalına başlanacaq. Yeni telefonun ən böyük özəlliyi ondadır ki, ekrandakı istənilən obyektə toxunaraq onun xarici cizgilərini anlamaq mümkündür. Məsələn, videozəng zamanı görmə qüsurlu insanlar ekrandakı şəxsin üzünə virtual formada toxunaraq onu tanıya biləcəklər. Bundan əlavə, məhz bu yolla xüsusi hazırlanmış elektron xəritə, oyun və bir çox proqramlardan kor insanlar rahat bir şəkildə istifadə edə biləcəklər.


Tarix: 26.11.2014 / 13:02 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Melumatlar
loading...