Albinoslar — belə insanlar genetik cəhətdən ferment çatışmazlığından əziyyət çəkirlər. Albinoslar görünüş cəhətdən adi insanlardan çox fərqlidirlər: onların dərisi bəyaz, saçları çox açıq rəngli və gözlərinin ətrafı, demək olar ki, rəngsiz olur. Onların dərisi heç vaxt qaralmır, lakin gün şüası onların dərisini qızardır.
Qədim zamanlarda bu xəstəlik ilə doğulan insanlar böyük təhlükələrlə üzləşirdilər. Orta əsrlərdə onları şeytanın köməkçisi hesab etdiklərinə görə tonqalda yandırırdılar. İndiki dövrdə albinoslar cəmiyyətdən tam olaraq təcrid olunmurlar. Amma bəzi maneələrlə rastlaşırlar. Buna baxmayaraq Afrikanın bəzi əyalətlərində albinoslar hələ də təhlükəli şəraitində yaşayırlar.
Yerli cadugərlər hesab edirlər ki, albinosların bədən üzvləri bəzi cadu və tilsimin gücünü artırır. Onların öldürülməsinə görə muzdlu qatillər çox yaxşı pul alırlar, hətta bu pul adi bir afrika vətəndaşının yarım illik əmək haqqından daha yüksəkdir. Bununla əlaqədar olaraq albinos uşaqların təhlükəsizliyi üzrə birlik yaradılmışdır və burada onlar təhsil alır və qorunur.
Statistikaya əsasən “rəngsiz” insanlara Afrikada Avropadan 6 dəfə çox rast gəlinir.
Maraqlı fakt: belə körpələrin dünyaya gəldiyi ailələrdə valideynlərin hər ikisində genetik problem olur və onların qanının qarışması nəticəsində albinos xəstəliyi övlada keçir.
Tarix: 26.11.2014 / 18:15 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqlı Melumatlar