Satışda çeşid-çeşid sabunlar satılır. Zeytunlu yaşıl, moruqlu qırmızı, limonlu sarı və.s. Əslində bunlar hamısı süni qatqı və rənglərdir. Bəzən tərkibi belə bəlli olmur. Sabunların təkibində olan süni və kimyəvi qatqılara fikir vermədən əllərimizi hətta üzümüzü belə yuyuruq. Ona görə də əllərin, üzün dərisi öz təravətini itirir və tez qırışır.
Əksər vaxt ictimai yerlərdə bərk sabunlardan qoyulur. İnsanlar, bunun riskli və təhlükəli olmasına diqqət etmədən istifadə edir. Mikroblardan uzaq olmaq üçün evdə də, ictimai yerlərdə də maye halda olan sabunlardan istifadə etmək daha səmərəlidi. Dərimizin gözəlliyini qorumaq üçün mütləq istifadə etdiyimiz məhsulların təkibinin təbii olmasına fikir verməliyik. Bunun üçün də baxaq görək maye sabun necə hazırlanır:
Paltar sabunu 72% — 1 stakan (rəndələnmiş)
Gicitkan yarpağı – 1 xörək qaşığı
Yaşıl çay – 1 x.q
E vitamini – 5 kapsula
Qliserin – 1 x.q
Badam yağı – 1x.q
Su – 2 litr
İsti suyun içinə sabun tökülür taxta qaşıqla qarışdıra- qarışdıra qalan məsullar tökülür və qaynadılır. Qaynadıqda sabun artıq hazır sayılır. Qablara töküb qırış ya başqa təhlükədən uzaq olaraq əllərinizi və üzünüzü rahat-rahat yuya bilərsiniz.
Bura qatılan otları dəyişə də bilərsiniz. Əl və bədənə müsbət təsir edən otlar yağlar qata bilərsiniz. Məsələn: nanə, sürvə, cobanyastığı, lavanda otları ya ərik, qoz, limon və.s yağlardan qata bilərsiniz. Qatılan otlar ya paket şəkilində ya da tənizifin arasında tökün ki suya dağılmasın. Sabun hazır olduqdan sonra otları atmaq lazımdır.
Tarix: 10.12.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqlı Melumatlar