Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Roma imperatoru IV Karlın həyatından maraqlı fakt

Roma imperatoru IV Karl 4 rəqəmini çox sevirmiş. Onun hakimiyyəti dövründə Romanın 4 paytaxtı, hər paytaxtda 4 knyaz var imiş. Karlın 4 sarayı, hər sarayda 4 qapı, 4 pəncərə, 4 stol, 4 çıraq var imiş.

IV Karl başına 4 metal ərintisindən ibarət olan dördkünc tac qoyarmış. O imperiyanı 4 hissəyə, ordunu 4 yerə bölmüşdü.

Həmişə 4 atlı karetaya minərdi. O, 4 rəngli paltar geyər, 4 dil bilərmiş.

Karl gündə 4 dəfə nahar edər, 4 cür yümək yeyər, 4 cür şərab içərmiş.

O, 4 dəfə evlənib.Onun həyat yoldaşları :

1) Blanche (1316 — 1348),

2) Anna (Bavyera) (1329–1353)

3) Anna von Schweidnitz (1339–1362)

4) Elizabeth (Pomerania) (1345 ya 1347–1393).

IV Karl vəfat edəndə yanında 4 həkim, 4 keşiş olub. Hər keşiş onun 4 vəsiyyətindən birini yazıb.

Nəhayət, IV Karl 1378 — ci ildə 29 noyabr saat 4-də vəfat edib.


Tarix: 26.11.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Melumatlar
loading...