İlk baxışdan, sərinkeşin səsi eşitmə qabiliyyətinə pis təsir edə bilməz.
Lakin çinli alimlərin apardıqları tədqiqatın nəticələri göstərir ki, hər gün eşitdiyimiz səslər eşitmə qabiliyyətimizi zəiflədir.
"New Scientist" bildirir ki, həkimlər pasiyentləri müayinə edərkən sakit səslərin uzunmüddətli təsirini nəzərə almırlar.
Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetinin əməkdaşı Çjou Syaomin həmkarları və ABŞ-dakı Kaliforniya Universitetinin professoru Maykl Merzeniçlə birlikdə aparılan tədqiqatı başa vurublar.
Onlar deyirlər: siçovullar üzərində aparılan sınaqlar eşitmə qabiliyyəti ilə bağlı mövcud təsəvvürlərin yanlış olduğunu göstərib.
Siçovullar 10 saat ərzində 69 desibellik səs "axını"na məruz qalıblar. Sonrakı iki ay ərzində isə gəmiricilər 14 saat sakitlik "alıblar". Bu eksperiment işdəki səs-küylü şərait və evdəki sakitlik modellərinin qurulmasına imkan verib.
Səs təsirindən sonra alimlər siçovulların eşitmə qabiliyyətlərini yoxlayıblar.
Məlum olub ki, onların eşitmə qabiliyyəti zəifləməyə başlayıb.
Tarix: 09.01.2015 / 11:49 Müəllif: Aziza Baxılıb: 11 Bölmə: Maraqlı Məlumatlar