Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarında, daha doğrusu, beldəki piy qatı insan orqanizmində mühüm rol oynayır

Amerikalı mütəxəssislər Makil İvasima və Robert Lavın apardığı araşdırma nəticəsində bəlli olub ki, beldəki piy immunitetin fəaliyyətini tənzimləməyə yardım edir.
Əldə edilmiş nəticələr autoimmun xəstəlikləri və transplantasiya əməliyyatlarından sonra pasiyentlərin bərpa prosesini sürətləndirə bilər.

Bel piyindəki hüceyrələr T-limfositlərlə xüsusi formalı əlaqədə olur. Limfositlər isə bakteriyaları aşkarlayır, onlara hücum çəkir və öldürür. Orqanizmə təhlükəli agentlər düşəndə T-limfositlər fəal çoxalırlar. Lakin bel piyindəki hüceyrələr aktivləşmiş T-limfositlərə əlavə olunanda onları öldürüb. Məlum olub ki, bunun səbəbi bel piyi hüceyrələrində immuniteti aşağı salan maddədir.

Həmin xassədən isə yeni nəsil immun depressantları əldə etmək üçün istifadə etmək mümkündür. Eyni zamanda, bel piyi hüceyrələri zədələnmiş toxumaların regenerasiyası baxımından çox mühümdür.


Tarix: 09.01.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar
loading...