Ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı yeni tipli binaların – məscid, mədrəsə, türbə və s. tikilməsi əsas xətt oldu. Azərbaycanın ən önəmli şəhərləri olan Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan şəhərlərində məscidlərin tikilməsinə xüsusi diqqət verildi. Dövrünə görə mükəmməl sayılan məscidlər Azərbaycan arxitekturasının elementlərini özündə əks etdirməyə başladı. Hazırda məscidlər Azərbaycanın ən qədim tikililəri sırasındadır. Bu tikililər yerli əhali üçün həm ibadət yeri, həm də mədəniyyət nümunəsidir.
Tarixən Azərbaycanın bütün bölgələrində dövrünə görə əzəmətli məscidlər olmuş və onlar qorunub saxlanmışlar (Ermənistan ordusunun işğalı altında olan Azərbaycan torpaqlarındakı məscidlər istisna olmaqla). Bunların içində Təbrizdəki Göy məscid, Bakıdakı Bibiheybət məscidi və Təzəpir məscidi, Gəncədəki İmamzadə kompleksini, həmçininn indi fars tarixi abidəsi kimi təqdim olunan, əslində tarix boyu azərbaycanlı dindarların ibadət yeri olmuş İrəvandakı Göy məscidi göstərmək olar.
İrəvanda yerli azərbaycanlıların 1988-ci ilə qədər ibadət etdikləri Göy məscidin qədim görkəmini təsvir edən açıqça
İrəvandakı Göy məscid
Göy məscid, Ermənistanın paytaxtı İrəvanda yerli müsəlmanların ibadət etdikləri məsciddir. 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmriylə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 m, uzunluğu 97,2 m olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.
Çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarət olub, ümumilikdə 7.000 m2 ərazini əhtə edir. İkinci cahan müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 m olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərilmişdir.[13]
Məscid XX əsrdə ermənilər tərəfindən iki dəfə yandırılmışdır, bunlardan birincisi 1918-ci ildə, sonra isə 1955-ci ilin martında azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən həyata keçirilmişdir.
Məscid 1995–2006-cı ildə İran tikinti şirkətlərinin köməyilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. İngilis tədqiqtçısı Tom de Vaal yazır:
Ermənilərin azərbaycanlılara məxsus məscidin belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki, XX-ci əsrə qədər burada azərbaycanlıları "tatar", "türk" və ya sadəcə "müsəlman" adlandırırdılar. Onunla belə onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şiələr idilər...Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda, "fars" deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər azərbaycanlılar idi.
Tarix: 24.02.2013 / 18:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 577 Bölmə: Məscidlər