Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Exnaton dövrü incəsənəti

Exnaton dövrü mədəniyyəti

Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili (təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt saldırdı. Adını yeni ibadətin şərəfinə Axetaton, yəni «Günəş üfüqü» qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim dövrlərdən guya günəşin məskəni olmuşdur. Şəhər ətrafı əhalisi, torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan edildi. Eyni zamanda, firon Amenxotep (yəni «Amon

məmnundur») adını dəyişdirib Exnaton («Günəşə sərfəli») qoydu. Digər şəxsi adlarda Amon Aton ilə əvəz edildi. Exnatonun ailə üzvləri, onu əhatə edən əyanlar buna uyğun olaraq adlarını dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı. Exnatonun dini islahatı təkallahlığa doğru atılmış ilk addım idi. Exnaton ömrünün son ilini Axetatonda yaşadı.

Axetaton bağlı-bağatlı böyük şəhərə çevrilmişdi. Atonun şərəfinə böyük məbəd tikilmişdi. Firon sarayları öz əzəməti ilə fərqlənirdi. Ən böyük saray ağ daşdan hörülmüşdü. Saray divarları naxışla bəzənmiş, qiymətli daşlarla doldurulmuş, yaxud qızıldan üz çəkilmişdi. Günəş allahına sadiq olan yeni əynlar da Axetatonda ev tikdirmişdilər. Onlar Axetatonda sərdabələr tikdirir, divarlarını müxtəlif rəsmlərlə bəzəyirdilər. Rəsmlərin əksəriyyəti Exnatona həsr olunmuş, onun gündəlik işini təsvir edirdi. Məqbərə yazılarında əyanların firona minnətdarlığı bildirilirdi. Ev və sərdabə divarlarında Günəşin və onun oğlu hesab edilən Exnatonun və arvadının ünvanına dua-müraciət mətnləri həkk edilmişdi. Onlar firon və firon arvadından yaxşı gün-güzəranlıq və öləndən sonra nemətlər diləyirdilər. Exnatonun dini-siyasi islahatı geniş xalq kütlələrinin maddi vəziyyətini yaxşılaşdırmadı. Atonun şərəfinə yazdığı himn sadə adamların güzəranından bir kəlmə də olsun bəhs etmir.

Burada ancaq Günəş allahının qüdrəti təsvir olunur: «Sən (yəni Aton) səmanın üfüqündə qəşəng parıldayırsan, həyatın başlanğıcını qoymuş diri Günəş dairəsi! Sən şərq üfüqündə çıxırsan və bütün yeri öz gözəlliyinlə doldurursan. Sən qəşəngsən, böyüksən, nursaçansan və yer üzündə yüksəkdəsən! Sənin şüaların sənin yaratdığın bütün ölkələrin sərhədlərini bürüyür! Sən zülməti qovursan öz şüalarını saçanda. Hər iki torpaq şadlıq edir. Onlar (insanlar) oyanır, ayağa durur, qalxır sənə görə. Bədənlərini yuyurlar və geyimlərini götürürlər. Onların əlləri sənin parıltını vəsf edir, onlar işə girişirlər. Mal-qara otlayır. Ağac və ot göyərir. Quşlar yuvasından uçur. Bütün heyvanlar ayaq üstə hoppanırlar. Gəmilər şimala üzür, həm də cənuba və bütün yollar sən nur saçanda açılır.

Çayda balıqlar sənin görüşünə çıxırlar. Sənin şüaların dənizə cumur. Sənin şüaların hər bir əkinə qida verir. Sən çıxanda o canlanır və göyərir sənə görə… Sən uzaq səmanı yaratdın ki, oradan doğasan və özün yaratdığına baxasan… Sən mənim ürəyimdəsən, elə birisi yoxdur ki, sənin oğlun Neferxepruradan (Exnatonun adıdır) başqa səni dərk etsin...» Exnaton ancaq günəşin yer kürəsinə bəxş etdiyi işıq və şüanın müsbət nəticələrinə dini don geyindirmiş və onun şərəfinə mədh demişdi. Yəqin ki, Exnaton sadə adamların müəyyən hissəsinə əl tuturdu, «yetim-yesir» təbəqəsindən əyanlığa qəbul edirdi, lakin başlıca olaraq yeni quldar əyanların mənafeyini qoruyurdu. Yeni dini təlimin sosial və ictimai-iqtisadi bünövrəsi yox idi. Əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü. Atona sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını ləğv etmək məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi arasında dərin köklərə malik idi. Amon məbədlərinin var-dövləti əsrlər boyu yığılmışdı, bu da onun kahinlərini iqtisadi cəhətdən möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə də ibadətinin tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən sonra Amon kahinlərinin və dindarlarının əl-qolu açıldı. Hadisələr göstərdi ki, Aton ibadəti Misirdə dərin kök sala bilməmişdi. Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi. Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub

saxlaya bilmədilər. Hakimiyyətə gəlmiş firon Semnexkara Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün ən gözəl və incə qadınlarından idi. Nefertitinin Exnatondan altı qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən müddət Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar.

Lakin bununla yanaşı, Fiva Amon allahına ibadəti dirçəltməyə başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən dirçəlməsinin qarşısını ala bilmədi, bəlkə də ona sitayişi bərpa etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton («Günəş həyatına yaraşan») gəldi. Exnatonun digər qızı Anxesenpaaton («O, Günəş

üçün yaşayır») Tutanxatonun arvadı elan edilmişdi. Onlar Aton ilə yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon ideologiyasının təzyiqinə məruz qaldı. Bir müddət sonra o, adını dəyişdirib Tutanxamon, yəni «Amon həyatına yaraşan» qoydu. Arvadı isə Anexesenpaamon adını qəbul etdi. Eyni zamanda,

Axetaton əyanları ilə birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı Fiv ziyafətlərində iştirak edirdi. Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı.

Ehtimal ki, əldən gedən Asiya vilayətlərində Misir hakimiyyətini bərpa edə bilmişdi. Yəqin ki, hərbi əməliyyatlarda sərkərdə Xoremxeb də iştirak edirdi. Amona ibadətin tam bərpa edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox Atona sitayişi qoruyub saxlayanlardan biri isə əyan Eye olmuşdu. Ehtimal edilir ki, Eye gənc Tutanxamonun adından Misiri idarə

edirdi. Tutanxamon Amon məbədinin hüquqlarını qəti olaraq bərpa etdi. Tutanxamonun hakimiyyəti uzun sürmədi. O, təxminən on doqquz yaşında vəfat etdi. Tutanxamon böyük dəbdəbə ilə yeraltı sərdabədə dəfn olundu. Onun sərdabəsi Fiva yaxınlığında «hökmdarlar dərəsində» tikilmişdi. Fiva kahinləri Tutanxamonun bütün saray əmlakını, əşyalarını, qiymətli bəzək-düzəklərini, oyun

lövhələrini, onun surətini əks etdirən qızıl dəbilqəsini, müxtəlif heykəllərini və s. sərdabədə yerləşdirmişdilər. Tutanxamonun sərdabəsi hələ qədimdə qarətdən qorunmuşdu, halbuki əksər firon sərdabələri hələ o zaman talan edilmişdi. Sərdabə qarətçilərini tutub məhkəməyə verirdilər. Talan olunmamış Exnaton və Nefertiti sərdabələrinin qalanı XIX əsr qarətçiləri Atona (Günəşə) ibadət tərəfindən təmizlənmişdi. Hovard Karter 1922-ci ildə Tutanxamonun sərdabəsini aşkar etmişdi. Məlum oldu ki, Tutanxamonun da sərdabəsinə girmişlər, lakin elə bir şey apara bilməmişlər. Sonralar isə burada XVI Ramzesin sərdabəsi tikilərkən, Tutanxamonun yeraltı sərdabəsinin girişi torpaq və çınqılla dolmuş, oğrular sərdabəyə giriş yolunu itirmişdilər. Tutanxamonun qısa müddətli hakimiyyəti illərində Misir qüdrətli dövlətə çevrildi. Tutanxamonun övladı olmadığından

hakimiyyət onun arvadı dul Anxesenapamona keçdi. Misir mənbələri onun fəaliyyəti haqqında heç bir məlumat vermir. Lakin Het mənbələrindən məlum olur ki, o, Het hökmdarı Suppiluliuma müraciətnamə göndəribmiş. Müraciətnamədə deyilirdi: «Mənim ərim vəfat etmişdir. Eşitmişəm ki, sənin həddi-buluğa çatmış

oğulların vardır: onlardan birini mənə göndər. Mən ona ərə gedərəm, o da Misirin hökmdarı olar». Het hökmdarı III Murşil tərəfindən tərtib edilmiş bu salnamədə qeyd edilir ki, Suppilulium belə qeyri-adi müraciətə təəccüb edir. Hadisənin düzgün olubolmamağını yoxlamaq üçün o, Misirə elçi göndərir. Misir fironəsi

yenidən Het hökmdarına müraciət edib yazır: «Sən nə üçün deyirsən ki, onlar məni aldatmaq istəyirlər. Əgər hökmranlıq etmək üçün oğlum olsaydı, mən yadelli ölkəyə müraciət etməzdim, çünki bu mənim üçün və mənim ölkəm üçün həqarətdir… Mənim ərim vəfat etmiş və mənim övladım yoxdur. Məgər mən öz nökərimi götürüb özümə ər etməliyəm? Mən heç bir ölkəyə müraciət etməmişəm, mən ancaq sizə yazmışam. Deyirlər ki, sənin çoxlu övladın vardır. Onlardan birini mənə ver; o, mənim ərim və Misir torpağının fironu olar». Tutanxamonun dul arvadının məqsədi tam aydın deyildi. Lakin belə bir nəticə çıxartmaq olar ki, o, Het dövləti ilə yaxınlaşmaqla Aralıq dənizi ərazisində Misirin təsirini bərpa

etmək və daxildə aparacağı siyasətdə müəyyən müxalifət qruplarının müqavimətini qırmaq istəyirdi. Lakin Misir əyanları, xüsusilə hakimiyyətə göz dikən dövlət xadimləri və Amon kahinləri yadellinin Misirdə ağalığını qəbul edə bilməzdilər. Buna görə Misirə yola düşən Het şahzadəsi Zanaazu Suriyada öldürüldü. Ehtimala görə, Het şahzadəsinin öldürülməsini Misir sərkərdəsi Xoremxeb təşkil etmişdi, çünki o, dul fıronəyə evlənmək istəyirdi. Lakin Anxesenpaamon qohumu olan qoca

Eyeyə ərə getdi. Eye hələ Exnatonun dövründə yüksək vəzifəli şəxs idi və

Aton məbədinin pərəstişkarlarından biri olmuşdu. O, Nefertitinin dayəsi Teyeyə evlənmişdi. Eye «Allahın atası» rütbəsini daşıyırdı. Bu zaman Exnaton ilahiləşdirilmişdi və ona «Allah» kimi sitayiş edirdilər. Beləliklə, Eye rəsmən fironun «atası» elan edilmişdi. Tutanxamonun hakimiyyəti dövründə Eye vəzir vəzifəsinə kimi yüksəlmişdi. Ola bilsin ki, Eye gənc Tutanxamonun qəyyumu

kimi ölkəni idarə edirdi. Eye cəmi dörd il hakimiyyət başında oldu. Exnatonun islahatlarının qəti ləğvi Xoremxebin (e.ə. 1334-1306-ci illər) adı ilə bağlıdır. O, yerli hakimlərdən idi. Xoremxeb ali kahin dairələri ilə möhkəm əlaqədə idi, müxtəlif inzibati və hərbi vəzifələrdə olmuşdu. Xoremxeb Tutanxamonun sərkərdəsi idi. Fiva şəhərinin köməyinə arxalanan Xoremxeb dövlət çevrilişi

etdi və hakimiyyəti əlinə keçirtdi. Öz hakimiyyətini qanunlaşdırmaq üçün o, Exnatonun arvadı Nefertitinin bacısına evləndi. O, yazılarında hakimiyyətə qanuni sahib olduğunu, allahın arzusunu yerinə yetirdiyini qeyd edir. O, III Tutmosu "öz

atalarının atası" adlandırırdı. Hakimiyyətə gəldikdən sonra Xoremxeb Amon allahına ibadəti tamamilə bərpa etdi. O, Aton ibadətini qəti ləğv etmək

üçün tədbirlər gördü. Axetaton şəhərini boşaltdırdı, dəbdəbəli saray və malikanələri, məbədləri dağıtdı. Xoremxeb «Axetatonlu cinayətkar» adlandırdığı Exnatonun adını bütün abidələrdən sildirib onun yerinə öz adını yazdırdı, illərini öz hakimiyyətinə caladı. Tutanxamon və Eyenin də adları onun göstərişi ilə

abidələrdən silindi. O, özünü bilavasitə III Amenxotepin varisi elan etdi. Xoremxeb hakimiyyətdə olmuş fironların siyahısından Exnatonun və hətta Tutanxamonun və Eyenin adlarını sildirdi.


Tarix: 09.12.2014 / 13:07 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...