Ərəblər işğal etdikləri xalqlardan mədəni cəhətdən aşağı səviyyədə idi. Onlar bu xalqların və hətta işğal etmədikləri xalqların, məsələn, yunanların, romalıların mədəniyyətlərini öyrənib mənimsəyərək öz müstəqil mədəniyyətlərini yaratdılar. Ərəblərin işğal etdikləri ölkələrdən çıxan adamlar Xilafətin idarə olunmasında və İslam mədəniyyətinin yaranmasında iştirak etdilər. Müxtəlif xalqlardan olan alimlər, yazıçılar ərəb dilində yazıb yaradırdılar. Buna səbəb aşağıdakılardır:
1. Ərəb dili xilafətin dövlət dili idi. Dövlət işləri və məhkəmələr ərəb dilində aparılırdı;
2. Ərəb dili islam dininin, "Quran"ın dili idi. Bütün dini ibadətlər, məktəblərdə dərslər ərəb dilində aparılırdı;
3. Yunanıstanın və şərq alimlərinin əsərləri ərəb dilinə tərcümə edilmişdi;
4. Ərəb dilində yazılan əsərlər daha tez və geniş ərazilərdə yayılırdı.
Beləliklə, İslam mədəniyyəti yarandı. Bu mədəniyyətin yaranmasında Xilafətə daxil olan bütün xalqların nümayəndələri iştirak etmişdilər.
müsəlmanlar ibadət zamanıƏrəb xilafətində təhsilin inkişafı islam dini ilə bağlı idi. Cümə məscidlərinin yanında məktəblər açılırdı. Bu məktəbləri bitirənlər Mədrəsədə alimlərin yanında təhsillərini davam etdirirdilər. Mədrəsədə təhsili başa çatdıranlara şəhadətnamə, yəni icazə kağızı verilirdi. Şəhadətnamə alanlar təhsilini başqa alimin yanında davam etdirirdilər. Ərəblər kitaba böyük əhəmiyyət verirdilər. İspaniyada Kordova əmirlərindən birinin kitabxanasında 400 min kitab var idi.
Ərəb xilafətində elmin bir çox sahələri inkişaf etmişdi. Birinci növbədə təsərrüfat, sənətkarlıq və ticarətlə bağlı olan elm sahələri inkişaf etdirilirdi. Tacir həm diplomat, həm riyaziyyatçı, həm həkim, həm coğrafiyaşünas, həm də astronom olmalı idi. Sənətkarlıq və ticarətin inkişafı riyaziyyat, coğrafiya və astronomiyanın inkişafına səbəb oldu. Ərəblər hind rəqəmlərindən istifadə etdilər. Əl Xarəzm ərəb dilində hesaba dair ilk əsər yazdı. Cəbr (Əl-cəbir) elmini ərəblər yaratmışlar. Onluq kəsrdənilk dəfə ərəblər istifadə etmişlər.
Ərəblərdə coğrafiya elminə dair çoxlu əsərlər yazılmışdı. Xilafətin coğrafiya alimlərindən biri İbn Xordadbehin əsəri «Böyük yollar və məmləkətlər haqqında kitab» adlanırdı. O, Xilafətdə poçt rəisi işləmişdir. Onun kitabında Azərbaycan haqqında məlumat verilir. IX əsrdə yaşamış Yaqub Həməvi coğrafiyaya və tarixə aid əsərlər yazmışdı. Onun «Ölkələr haqqında kitab» əsəri coğrafiyaya, «Tarix» əsəri tarixə həsr edilmişdi. «Tarix» əsərində Azərbaycan haqqında da məlumat verilir. Əhməd-Əl-Bəlazüru «Ölkələrin fəthi» adlı əsərində VII-VIII əsrlərdə ərəblərin hərbi yürüşlərini təsvir etmişdir. Əl-Təbəri Xilafətin 200 illik tarixini yazmış. Həmədanın tarixinə aid ensiklopediya hazırlamışdı.Xilafətdə astronomiya elmi ilə əlaqədar olaraq rəsədxanalar tikilmişdi. Xilafətdə kimya elmi də inkişaf etmiş və bu dövrdə naşatır spirti, spirt, potaş və bu kimi maddələr kəşf edilmişdi. Tibb sahəsində də böyük nailiyyətlər qazanılmışdı.
Ərəblərdə ədəbiyyat, xüsusilə şer İslam dinindən əvvəl yaranmışdı. Ərəblərdə zəngin şifahi xalq yaradıcılığı olmuşdu. Məhəmməd peyğəmbər (ə.s.) demişdir ki, "düşmənə şerlə cavab verin, o, qılıncdan (və ya silahdan) daha kəsərlidir". Ərəb tacirləri, karvan xidmətçiləri dünyanın müxtəlif ölkələrində olmuş, orada eşitdiklərini, gördüklərini və bildiklərini ölkəyə qayıtdıqdan sonra nağd kimi danışarmışlar. Bunların əsasında «Min bir gecə» və «Əntərənin sərgüzəştləri» əsərləri meydana gəlmişdi. Abbasilər dövrü ərəb ədəbiyyatının qızıl dövrü adlanır. Bu ədəbiyyatın yaranmasında başqa xalqlar, o cümlədən Azərbaycan xalqının nümayəndələri də iştirak etmişdilər. Azərbaycan xalqının şairi İsmayıl Yasərərəb dilində yazıb-yaratmış bir vətənpərvər idi.
Ərəb Xilafətində incəsənətin ən çox inkişaf etdiyi sahə memarlıq idi. Bu dövrdə məscidlər, qalalar, minarələr, xəlifələr və iri feodallar üçün gözəl saraylar tikilirdi. Memarlıq abidələrinin içərisində əsas yeri məscidlər tuturdu. Məscidlər, əsasən, dördbucaq olurdu. Böyük məscidlərin üzərində kümbəzlər tikilirdi. Məscidlərin yanında hündür minarələr ucalırdı. İslam dini insan və heyvan təsviri çəkməyi qadağan etmişdir. Elə buna görə də heykəltəraşlıq və rəssamlıq inkişaf etməmişdi. Sonralar kitabları bəzəmək üçün miniatürlər çəkildi. VIII əsrdə Qüdsdə Ömər məscidi, VIII-IX əsrdə Kordova məscidi, İspaniyada (Qrenada) Ərəb hakimlərinin sarayı olan Əlhambra və s. tikilmişdi. 805-ci ildə Bağdadda yunan alimlərinin əlyazmalarından ibarət kitabxana açılmışdı. Bu kitabxana «Bilik evi» adlanırdı. Müxtəlif xalqlardan çıxmış İslam alimləri mədəniyyətin, elmin bir çox sahələrində avropalıların müəllimi olmuşlar.
Tarix: 08.12.2014 / 17:35 Müəllif: Aziza Baxılıb: 133 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)