Heykəltaraşlığın tarixinə dair mövcüd tədqiqatlar sübüt edir ki, bu sənətin kökləri və mənşəyi ibtidai icmaquruluşu dövründə insanın əmək fəaliyyəti , mənəvi etiqadı, estetik təssəvvürü ilə əlaqədardır. Heyvan və insantəsvirlərindən, qabartmadan ibarət ilk heykəltaraşlıq nümunələri ibtidai insanın daxili aləmi, təbiət qüvvələrinəetiqadı, dünyagörüşü haqqında aydın təsəvvür yaradır. Dünyanın bir sıra ölkələrində aparılmış arxeoloji qazıntılarnəticəsində qədim daş dövrünə aid müxtəlif heykəl nümunələri tapılmışdır. HeykəltaraşlıqBəşəriyyətin ən qədim yaşayışməskənlərindən olan Azərbaycan ərazisində də, əkinçilik və maldarlıqla məşqul olan tayfarın mədəniyyəti,incəsənəti, dünyagörüşü barədə zəngin məlumatlar verən nadir heykəltaraşlıq əsərləri əldə edilmişdir. Azərbaycan heykəltaraşlığı öz mənşəyinə görə bir çox tarixi, bədii yaradıcılıq ənənələrinə bağlıdır ki,bunların da kökləri orta daş dövrünə aid Qobustan qəbilələrinə gedib çıxır. Ona görə də tədqiqatçılar mezolitdövrünü təsviri sənətimizin ən qədim mərhələsi hesab edirlər. Daha doğrusu Qobustan qaya təsvirləri bu sahədə ilknümunələr sayıla bilər. Abşeron qaya təsvirlərində yaradılmış qabartmalar isə ilk heykəltaraşlıq əsərlərindəndir. Buəsərlər getdikcə plastika sənətimizin kökünə, qabarıq heykəllərin inkişafına və Abşeronda da daş heykəllərinyaradılmasına təkan vermişdir.Əsasən antropomorf və zoomorf təsvirlərdən ibarət plastika nümunələrinin sayca azlığına baxmayaraq, onlarhəm heykəllərin tarixinin müəyyənləşdirilməsinə, həm də hazırlanma texnologiyasının, üslub xüsusiyyətlətlərinin,ikonoqrafik cizgilərinin öyrənilməsinə imkan vermir. Digər ölkələrin ərazilərindən tapılmış anoloji materiallarınmüqayisəli təhlili sübüt edir ki, Azərbaycanın eneolit və tunc dövrünün əhalisi qədim Şərq incəsənəti ilə tanışimişlər. İncəsənətimizin başqa bir kökü türk xalqlarının bədii təfəkkürü, yaradıcılıq tendensiyaları və dini təsəvvürləriilə bağlı olmuşdur.Eramızın birinci əsrlərinə aid olan Şamaxı rayonundan tapılmış kişi heykəlləri və Tovuz rayonundan tapılmışhun bolluq, artım ilahəsinin fiquru plastika sənətimizin ilk əsərlərindəndir.İncəsənətimizin mənşəyini ancaq dialektik yolla öyrənmək mümkündür. Çox təəssüf ki bu məsələyə metafizikcəhətdən yanaşan bəzi alimlər də vardır. İncəsənətimizin kökləri qədim mədəniyyətimizi müxtəlif ideoloji baxışlarvə təsviri sənət motivləri ilə zənginləşdirilmişdir.
HeykəltaraşlıqBu mənəvi keyfiyyətlər, bədii nailiyyətlər getdikcə sinkretikləşibvəhdət şəklini alaraq xalqımızın ümumi incəsənət irsinə çevrilmişdir.İbtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidaiinsanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə dədaşdan hazırlanmışdır. O insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynamışdır. Əbəs deyildir ki,alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzaq keçmişlərdən tutmuş bu günədək daşı həmişə müqəddəs saymışdır. Alimlərimizin fikrincə, Azərbaycan ərazisindəilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa, qayaya, mağaralara sitayiş, daşdan müalicəvasitəsi kimi istifadə etmək Azərbaycanda geniş surətdə yayılmışdı. Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək, onların üzərini bəzəmək məhz bu məqsədləedilmişdir.Yurdumuzda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma,yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərinən qədim nümunələrinə hələlik alimlərimiz Ordubad(Gəmi qayası), Abşeron(Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizininsahilindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.Daşı oyma, yonma, cızma üsulu ilə bəzəməkdən Azərbaycanda orta əsrlərdə də geniş istifadə edilmişdir. Əldəolan materiallar göstərir ki, orta əsrlərdə daş üzərində oyma, yonma, cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkketməklə bərabər, xalq ustaları daşdan müxtəlif məzmunlu heykəllər də düzəldirdilər.Orta əsrlərə aid edilən plastik sənət nümunələrimiz içərisində daş insan fiqurları əsas yer tutur.Şamaxının Dərə-Xınıslı və Dağkolanlı kəndləri yaxınlığından tapılmış heykəllər üslub etibarı ilə bir-birinəbənzəsə də, ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş müxtəlif tipli kişi fiqurlarını əks etdirir.
Heykəltaraşlıq BakıŞamaxıdan tapılmışfiqurların ən böyüyünün hündürlüyü 2,23 metr, ən kiçiyinin isə 1,35 metrdir.Heykəllər bir-birindən təxminən 200 m aralı tapılmışdır. 1946-cı ildə tapılmış heykəl dikinə durmuş haldaidisə, ikinci heykəl daş qutu qəbirlərinin üstünü örtən daşlardan lazımı qədər verilmişdır.1946-ci ildə Dərə Xınıslı kəndindən tapılmış birinci daş heykəl xüsusilə maraqlıdır. Yerli əhəng daşındanyonulub düzəldilmiş bu heykəl uca boylu naməlum bir şəxsi təsvir edir. Haqqında bəhs etdiyimiz fiqur bu ərazidəaşkar edilmiş başqa heykəllər kimi başsızdır. Baş yerinin formasından məlum olur ki, fiqurun başı sonralar hansısəbəbə görə isə sındırılmışdır. Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir.Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir edilmişdir.Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri görünür. Kürəyinin yuxarı hissəsində bu ərazidəntapılan o biri heykəllərdə olduğu kimi dalğavari xətlər vardır ki, bu da təsvir olunan şəxsin uzun saç saxladığınıgöstərir.İkinci heykəlin mühafizə edilmiş hissəsinin hündürlüyü 1,35 m-dir. 3,5 sm hündürlüyündə olan kursiyyəsinahamvardır və heykəlin dayağı olmadan dik durmasına imkan yaratmır. Buna görə də ehtimal etmək olar ki,heykəlin kursiyyə hissəsini yerə basdırmışlar. Heykəlin ən enli yeri 0,5 m, belinin eni 0, 35 m-dir. Heykəldəmütənasiblik yoxdur. Onun qıcları qısa və kobuddur. Birinci heykəlin ancaq baş və boyunu, sonuncunun döşdənyuxarı hissəsi catmır. Beləliklə, sonuncunun qollarının vəziyyəti məlum deyildir. Hər iki heykəli diqqətlə nəzərdənkecirdikdə, bunların həm boyca və həm də formaca az fərqləndiyi gözə carpır.Xınılslıdan tapılmış birinci daş heykəlin dini əhəmiyyət kəsb etdiyi və büt oldugu inandırıcı dəlillərlə sübütedilmişdir.Güman etmək lazımdır ki, ikinci daş heykəl də eyni məqsəd daşımışdır. Onların dövrünə gəldikdə isə birincidaş heykəlin ən yaxın tarix kimi eramızdan ilk əsrləri, ən qədim tarix kimi isə eramızdan əvvəlki I və bəlkə də ikinciminilliyin olduğu qeyd edilmişdir.İnsan fiqurunu təsvir edən heykəllər içərisində 1973-cü ildə Ağdam rayonunun Boyəhmədli kəndiyaxınlığından tapılmış abidələr xüsusilə diqqəti cəlb edir.
Cürətlə demək olar ki, insan fiqurlarını təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan ərazisində tapılanən orijinal plastik sənət örnəklərindəndir. Sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulubdüzədilməsinə baxmayaraq bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insanı heyran edir. İndi təsəvvüretmək olar ki, azı min, min beş yüz il bundan əvvəl yol ayrıcına və ya hündür təpə üzərinə qoyulmuş bu heykəllər özdövrünün adamlarına necə təsir edirmiş. Xüsusilə fiqurun gözləri, döşünün üstündə qatlanıb yuxarı açılmış əlləri çoxorijinal təsvir edilmişdir. Bu heykəllərin ən böyüyünün hündürlüyü 3 metr, ən kiçiyininki isə 1 metrdir. Həminheykəllər ilk nəzərdə üslub etibarılə Şamaxıdan tapılmış fiqurlardan fərqlənsələr də, onları bir-birinə bənzədən çoxluəlamət vardır. Bunları fiqurların statik duruşunda, əllərinin vəziyyətində, etnik tipində saçlarının uzun olmasında vəs. görmək olur.Azərbaycan ərazisində bu tipli daş fiqurların aşkar edilməsi heç də təsadüfi deyildir. Mənbələr göstərir ki,türkdilli xalqlar islam dinini qəbul etməmişdən qabaq hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyarmışlar.İlk orta əsrlərə aid çin, ərəb, Orta Asiya mənbələrində bu tipli heykəllərin müqəddəs sayıldığı və onlara sitayişedildiyi qeyd olunur.VII əsrdə yaşamış alban tarixçisi Moisey Kaqankatvasi öz "Aqvan tarixi" əsərində Azərbaycan ərazisindəyaşayan tayfaların daşdan heykəllər yonub sitayiş etdiklərini, onların şərəfinə hətta at, qoç, sığır qurbanlarıverdiklərini xüsusi qeyd edir.Tovuz şəhərindən bir xeyli aralı Qəribli kəndi yaxınlığından tapılmış heykəl çox böyük deyildir. Ağ qumdaşdan yonulmuş bu heykəl baş, bədən və ayaqları ilə birlikdə 83 sm-dir.Fiqurun ağzı, çənəsi, gözləri, qulaqları və burnu çox simmetrik şəkildə yonulmuş başına isə 28 sm.,hündürlükdə konusvari papaq qoyulmuşdur.
Stilistik baxımdan və baş geyimindən bu fiqur Qazaxıstanda və Semireçiyedə tapılmış heykəlləri xatırladır.Lakin onlardan nisbətən dəqiq işlənməsi ilə fərqlənir.Bu baxımından Şamaxının Dağkolanlı kəndi yaxılığından tapılmış kişı heykəlləri xüsusilə diqqəti cəlb edir.Bunların ən böyüyünün hündürlüyü 2, 26 m., ən kiçiyi isə 1, 35 m. ucalığındadır.Şamaxının Dağkolanlı yaxınlığında "Allahəkbər" deyilən yerdən tapılmış heykəl daha maraqlıdır . Buheykəlin ümumi hündürlüyü 1,35 m., kürəklərinin eni 60 sm-dir. Fiqurun bir az böyük ölcülü başı ümumiyyətləyaxşı yonulmuşdur.Sifəti monqol tipini xatırladır. Sol əli ürəyinin, sağ əli isə qarnının üstündədir. Bədənində geyim olduğunubildirən xətlər vardır.Kürəyinin yuxarı hissəsindən başa tərəf uzanan dalğavari xətlər, təsvir olunan şəxsin uzun saçsaxladığını göstərir. Heykəlin dairəvi yonulmuş altlığı da var. Arxeoloqlar tərəfindən ilk orta əsrlərə aid edilən budaş fiqurda yuxarıda qeyd etdiyimiz abidə kimi mərkəzi Asiya və cənubi - rus çöllərində rast gəlinən monumentalheykəltaraşlıq əsərlərini xatırladır.İnsan fiqurunu təsvir edən heykəllər içərisində 1971-ci ildə Ağdamın Boyaəhmədli kəndi yaxınlığında Gavur-Qala adlanan yerdən tapılmış abidələr xüsusilə maraqlıdır.Cürətlə demək olar ki, insan fiqurlarını təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan ərazisində tapılanən orijinal plastik sənət örnəklərindəndir. Çox sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulubdüzəldilməsinə baxmayaraq bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insana güclü təsir bağışlayır.
Tarix: 08.12.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)