Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəburun məzmunu

Zəburda Müqəddəs Kitab dünyagörüşü əks olur: əzəldən var olan, yaradılışda və bəşəriyyətin tarixində Özünü izhar edən, bütün kainata hökmran olan yeganə Allahdan bəhs olunur. Zəburda xilas tarixi mühüm yer tutur. Bir sıra məzmurlar İsrail xalqının rolu, tövbə və günahların bağışlanması mövzularına aiddir.

Bir çox məzmurlarda salehlərin bu dünyada çəkdikləri əziyyətlər ifadə olunur. Lakin qəmli-dərdli məzmurların sonunda həmişə ümid işığı var – əziyyət çəkən möminlər mütləq Rəbdən təsəlli tapır və xilasına ümid bağlayırlar.[2] Möminlərin Allahdan istədikləri təkcə nemətlər deyil, Allahla ünsiyyətdir. Onlar Allahı sevirlər və qəlbən Ona bağlanmağa can atırlar:

Maral axar sulara həsrət qalan kimi, ey Allah, könlüm Sənin həsrətini çəkir! Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb... (Zəbur 42:1-2)

Bu səbəbdən, Zəburda Allahın qanunu qadağa və əmrlərdən ibarət olan bir sistem kimi deyil, gecə-gündüz dərin-dərin düşünə biləcəkləri bir möcüzə kimi qəbul olunur. Qanuna əməl etmək, Rəb Allaha yaxınlaşmaq deməkdir.[3]

Ayrı-ayrı məzmurlarda Allaha düşmənlərindən qisas alması, onları lənətləyib cəzalandırması üçün yalvarışlar səslənir.[4] Bu cür “qarğış məzmurları” janr baxımından qədim şərq poeziyasının bir növüdür. Bunlarda möminlərin qədim dövrdə mənəvi şüur mərhələsi öz əksini tapır. Daha sonra İsa Məsihin dünyaya gətirdiyi İncil möminləri bu şüurdan azad edib.

Zəburda xüsusilə xristianlar üçün dəyərli olan xilasla və Məsihlə bağlı ayələr vardır. Davudun ən qədim məzmurlarından 18-ci məzmur xilasdan bəhs edir. 2-ci məzmurda Davudun Oğlu, Allahın məsh etdiyi Şəxs eyni zamanda Allahın Oğlu adlandırılır.[5] Məsih millətlərin Hökmdarı olacaq və bütün millətlər Onun qarşısında təzim edəcəklər.[6] Onun Padşahlığı sonsuza qədər davam edəcək.[7] Məsih təkcə Davudun Oğlu deyil, həm də İbrahimin Oğlu olacaq və Allahın İbrahimə vəd etdiyi kimi, Onun vasitəsilə bütün millətlər xeyir-dua alacaqlar.[8] Məsihin hökm sürməsi, düşmənin bütün qüvvətlərinin üzərinə tam qələbə olacaqdır.[9] Dünyəvi bir padşah obrazının arxasında duran Məsihin obrazı Rəbbin əzab çəkən Qulu obrazına yaxındır.[10] Məsihin taxta oturub Allahın Padşahlığını bərqərar etməzdən əvvəl əzab çəkəcəyi təyin edilmişdir.[11] O, Allaha fəryad etdikdə, Allah ona cavab verəcək.[12] İsa Məsih Özü Zəburun Ondan bəhs etdiyini öyrədirdi. 110-cu Zəburu izah edərkən, Məsihin böyük padşah olan Davud peyğəmbərdən də hədsiz dərəcədə üstün olduğunu deyirdi.[13] Xristianlar Zəbur kitabına həmişə xüsusi hörmət və sevgi bəsləmişlər. Xristian sənətkarları əsrlər boyunca Zəburun ayələri üzərinə saysız-hesabsız manhılar və şeirlər qoşublar, poetik tərcümə ediblər. Palestrina, Şüts, Bax, Vivaldi, Şubert, Bortnyanskiy, Qlinka, Mendelson, List, Frank, Brams, Qriq və başqaları Zəburdan musiqi əsərlər bəstələyiblər.


Tarix: 12.03.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 651 Bölmə: Kilseler
loading...