Tiqran Honents kilsəsi – Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında olan qədim erməni kilsəsi.
Kilsənin inşa olunmasıyla bağlı Şərq divarındakı kitabədə deyilir: "664 – cü ildə (miladi 1215) Tanrının lütfüylə Ani şəhərinin bəyi güclü və müqtədir Zəkəriyyə ikən...mən, Tanrının qulu Honents ailəsindən Sulem Smbatorentsin oğlu Tiqran ağalarımın və onların uşaqlarının uzun ömürlərinin şərəfinə, qayalıqların kənarı və kolluqlardan keçilməyən bu yerdə Müqəddəs Qriqora həsr etdiyim bu monastırı inşa etdirdim və ərazini sahiblərindən halal zəhmətimlə aldım, böyük zəhmətlə hər tərəfdən onun müdafiəsini təşkil etdim. Bu kilsəni Müqəddəs Qriqorun adına inşa etdirdim və onu bir çox gözəl naxışlarla bəzətdirdim..."
Həmin dövrdə Ani gürcü krallarının himayəsi altında idi və kilsənin içindəki freskalarında məhz gürcü sənətkarları tərəfindən işləndiyi güman edilir.Mündəricat
1 Memarlıq xüsusiyyətləri
2 Freskalar
3 Şəkillər
4 Mənbə
5 Həmçinin bax
Memarlıq xüsusiyyətləri
Kilsənin qübbəli və düzbucaqlı plan quruluşu ilk görünüşdən onu kafedrala bənzədir. Lakin kilsənin iç planı fərqlidir və orta əsrlərin digər erməni kilsələrinin daxili planlaşdırmasıyla demək olar ki, eyniyyət təşkil edir. Memarlıqda çox vaxt "qübbəli zal" adlandırılan üç sahəyə ayrılmış bir zalın mərkəzi hissəsinin üstündə qübbə vardır. Yarımçıq (kor) kəmərlər silsiləsi binanın dörd bir tərəfinə dolanır. Sarmaşıq bitkilərin arasından görünən həqiqi və ya fantastik heyvan qabartmaları kəmərlərin arasını və üstündəki boşluq əraziləri bəzəyir. Bütün bunlar binanı tamamilə əhatə edən bir bəzəkli xətt əmələ gətirir. Bənzər kəmər silsiləsi və bəzəkli xətt qübbənin kənarında da vardır. Həmin bəzəkli xəttin üstündə isə daha kiçik bir bəzəkli xətt də var ki, bu da XIII əsr erməni kilsələri üçün xarakterik olan xüsusiyyətdir.
Kilsənin önündə isə indi yalnız xarabalıqlarını görə bildiyimiz bir narteks də olmuşdur. Narteksin iki tərəfi açıq imiş və Şimal tərəfində də bir şapel varimiş. Narteksin kəmərli açıqlıqları ziqzaq naxışlarla vurğulanmış və dövrün müsəlman tikililərində olduğu kimi sütun başlığının üstünə yerləşdirilmişdir. Bu narteksin divarlarının içi (kilsənin üzü də daxil olmaqla) ferskalarla bəzədilibmiş. Bu da Aninin qədim tikililərinin sadəliyini zidd olmaqla bərabər, heç də XIII əsrdə Aninin keçirdiyi ağır iqtisadi vəziyyəti özündə əks etdirmir.
Freskalar
Kilsə divarları iç tərəfdən kilsəylə eyni yaşda olan freskalarla tamamilə örtülmüşdür. Freskalar iki əsas mövzuda – Hz. İsanın (ə.s.) nhəyatı və kilsənin şərəfinə inşa edildiyi Müqəddəs Qriqorun (Maarifçi Qriqor) həyatı. Qübbənin altında Müqəddəs Məryəm ana və on iki həvari, "Dörd mələk tərəfindən daşınan İsa (ə.s.) büstü" və "İsanın (ə.s.) göyə yüksəlişi"ni təsvir edən freskalar var.
Kilsənin Şərq divarı aralarında "Hz. Cəbrayılın Müqəddəs Məryəm anaya xəbər verişi" ("Annunciation"), "İsanın (ə.s.) doğulması", "İsanın (ə.s.) Qüdsə girməsi", "Müqəddəs Lazarın dirilmə möcüzəsi" kimi məşhur səhnələrin təsvir olunduğu İsanın (ə.s.) həyatından alınmış səhnələrlə bəzədilmişdir.
Apsisin yarımqübbəsində İsanın (ə.s.) fiquru vardır. Bunun altında isə "İsa və həvarilər" və "Əşai Rəbbani" ("Communion") səhnələri həkk edilmişdir.
Kilsənin Qərb tərəfində isə Müqəddəs Qriqorun həyatından alınmış 16 səhnə həkk edilmişdir. MüqəddəS Qriqorun Trdat tərəfindən məhkum edilməsi, zindan daxil çəkdiyi əziyyətlər, Müqəddəs Ripsimenin şəhid edilməsi, Erməni kralı Trdatın, həmçinin Gürcüstan, Abxaziya və Qafqaz Albaniyası hökmdarlarının vaftiz edilməsi və sair səhnələr həmin səhnələrdəndir.
Tarix: 07.03.2013 / 15:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 454 Bölmə: Kilseler