Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İncilin qədim əlyazmaları

İncilin bir çox qədim əlyazmaları tapılır və müxtəlif muzey və kitabxanalarda saxlanır. İncilin ilk əlyazmaları, çox güman, o dövrdə geniş şəkildə istifadə edilən, amma davamlı olmayan papirusların üzərində yazılmışdır.

İngiltərənin Mançester şəhərində yerləşən Con Raylands Kitabxanasında, İncilin bilinən ən qədim nüsxəsinin bir parçası saxlanılır. Eramızın 130-140-cı illərinə aid olan və Con Raylands Papirusu kimi bilinən bu parçanın üstündə, Yəhyanın Müjdəsinin kiçik bir hissəsi yazılmışdır.[9] Bu papirus kiçik olmaqla bərabər, Yəhyanın Müjdəsinin yazılma tarixindən sadəcə olaraq 40-50 il sonrasına aid olması baxımından xüsusi əhəmiyyətə malikdir.

İsveçrənin Cenevrə şəhərinin yaxınlığında yerləşən Bodmer Kitabxanasında da mühüm papiruslar saxlanmaqdadır. Onlardan biri, eramızın 200-cü ilinə aid olan Yəhyanın Müjdəsidir. Yenə də eyni illərə aid, İncilin Matta, Mark, Luka və Yəhyadan ibarət olan bir nüsxə, çürümə səbəbilə hal-hazırda Lukanın son yarısı ilə Yəhyanın ilk yarısını əhatə edir.[10]

İrlandiyanın paytaxtı Dublində yerləşən Çester Bitti Kitabxanasında bəzi mühüm əlyazmalar saxlanılır. 200-250-ci illərə aid olan Çester Bitti Kodeksi Matta, Mark, Luka və Yəhya İncillərinin və Həvarilərin İşlərinin hissələrini ehtiva edir.[11]

Misirdə yerləşən Oksirinxus Papirusları (eramızın 200-300-cü illəri), Matta, Mark və Yəhya Müjdələrinin ayrı-ayrı hissələrindən ibarətdir.

İncilin qədim əlyazmalarının sayı başqa qədim əsərlərin əlyazmalarından sayca çoxdur. Homerin əsərlərinin 110, Vergili və Sofoklun əsərlərinin təqribən 100, Esxilin 50, Platonun 11 əlyazması qaldığı halda, İncilin tamamı və hissələrinin əlyazmaları 5 300-dən artıqdır.[12]

Kanonik İncillər
Mattanın nəql etdiyi Müjdə
Markın nəql etdiyi Müjdə
Lukanın nəql etdiyi Müjdə
Yəhyanın nəql etdiyi Müjdə


Tarix: 12.03.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Kilseler
loading...