Vestminster abbatlığı, Müqəddəs Pavel kilsəsi (ing. Westminster Abbey; The Collegiate Church of St Peter, Westminster) - Londonda, Vestminster sarayının qərbində yerləşən, XI əsrdən ingilis monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi, dünya mədəni irsinə aid dini-tarixi və mədəniyyət abidəsi.
Özünəməxsus dördkünc qüllələrə və bəzəkli taclara malik qotika üslublu bu qədim ingilis abbatlığı orta əsrlər kilsə memarlığının bariz nümunəsidir. İngilislər üçün o daha böyük məna: tarix boyu uğrunda mübarizə apardıqları bir simvol, hökmdarların taxta çıxdığı və əbədiyyətə qovuşduğu bir yer - millətin müqəddəs dərgahı mənasını daşıyır.Mündəricat
1 Tarixi
2 Abbatlıqda dəfn edilmiş İngiltərə və Böyük Britaniya kralları və kraliçaları
2.1 Abbatlıqda dəfn edilmiş digər monarxlar
3 Mənbələr
Tarixi
Bugünkü memarlıq layihəsi
Vestminster abbatlığının indiki yerində 750-ci ildə Benedikt tərəfindən əsası qoyulmuş monastır yerləşmişdir. 1045-1065-ci illərdə ingilis kralı Mömin Eduard (ing. Edward the Confessor) tərəfindən Roma memarlığı üslubunda yenidən tikdirilmişdir. Abbatlığın əlyazmalarına istinadən ilk ingilis kralı II Harold (1066) və onu devirmiş Fateh I Vilhelm bu kilsədə taxta çıxmışlar. Vestminster abbatlığı 1245-ci ildə III Henri tərəfindən ilkin qotika üslubunda yeniləşdirilərək bugünkü görkəmə salınmışdır. Qərb fasadı XV əsrə aiddir. Hər iki qülləsi 1722 və 1745-ci illərdə Xristofer Uren, Nikolas Hauksmur və Con Ceyms tərəfindən ucaldılmışdır.
Abbatlıqda dəfn edilmiş İngiltərə və Böyük Britaniya kralları və kraliçaları
Mömin Edvard (1004-1066) və xanımı Edita Vesseks
III Henri (1207-1272)
I Edvard (1239-1307) və xanımı Kastiliyalı Eleonora (1241-1290)
III Edvard (1312-1377) və xanımı Filippa Heynolt
II Riçard (1367-1400) və xanımı Bohemiyalı Anna
V Henri (1387-1422) və xanımı Yekaterina Valua
V Edvard (1470-1483)
VII Henri (1457-1509) və xanımı Yorklu Yelizaveta
VI Edvard (1537-1553)
Klevli Anna, VIII Henrinin dördüncü xanımı
I Mariya (1516-1558)
I Yelizaveta (1533-1603)
I Yakob (1566-1625) və xanımı Anna
II Karl (1630-1685)
II Mariya (1662-1694)
III Vilhelm (1650-1702)
Anna (1665-1714), ilk Böyük Britaniya kraliçası və əri Danimarka şahzadəsi Georq
II Georq (1683-1760) və xanımı Karolina fon Anzbax (1683-1737)
Abbatlıqda dəfn edilmiş digər monarxlar
Anna Nevil (1456-1485), İngiltərə kralı III Riçardın xanımı
Mariya Stüart (1542 - 1587), Şotlandiya kraliçası
Yelizaveta Stüart (1596-1662), Şotlandiya şahzadəsi
Abbatlığın XX əsrdə Allah yolunda şəhid olmuşlara (Maksimilian Kolbe, Manhe Masemola, Yanani Luvum, Elizabet fon Hessen-Darmştad, Martin Lüter Kinq, Oskar Romero, Ditrix Bonhöffer, Ester Con Luçian Tapiedi və Vanq Çiminq) həsr olunmuş fasad heykəl kompleksi
Tarix: 07.03.2013 / 15:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Kilseler