Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Pavel

II Pavel (lat. Paulus PP. II, əsl adı — Pyetro Barbo, italyanca Pietro Barbo; 23 fevral 1417 — 26 iyul 1471) — 30 avqust 1464-dən 26 iyul 1471-dək Roma Papası.

Pyetro Barbо 23 fevral 1417-ci ildə Venesiyada anadan olmuşdur. Papa IV Yevgeni ilə qohumluq əlaqələrinə sahib olduğuna görə 23 yaşında kardinal təyin olunmuşdur. Papa seçildikdən sonra onu idarə etmək həvəsinə düşən kardinalları itaət altına almağa çalışmışdır. O latın dilini zəif bilirdi. Humanizm tərəfdarı deyildi. Məşhur humanistlər Pomponi Leta (1428-1497) və Platin (ölüm tar. 1481) əleyhinə açılan inkvizisiya prosesi zamanı o, həmin şəxslərin Katolik kilsəsi üçün heç bir təhlükə daşımadığını bildirmişdi. II Pavel onları azad etmək əmrini verdi. Ondan sonra hakimiyyətə gələn Papa IV Sikst isə Platinə Vatikan kitabxanasının idarəsini tapşırmışdı. 1464-cü ildə Subiako monastrında İtaliyada ilk dəfə olaraq mətbəə yaradılmışdı. 1467-ci ildə II Pavel onu Vatikana köçürmək əmri verdi. Papa qədim pulları və qiymətli daşları toplamağın həvəskarı idi. Onun kolleksiyaları Vatikan muzeyini xeyli zənginləşdirmişdi. Onun leqatlarının (emissarlarının) səyləri Fransa Venesiya Respublikası və Florensiya arasında davam edən münaqişəyə son qoya bilmədi. Türklər əleyhinə planlaşdırılan Səlib yürüşü də baş tutmadı.


Tarix: 08.03.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 214 Bölmə: Kilseler
loading...