Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir.
Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur.Mündəricat
1 Xalkedon parçalanması (monofizit-diafizit)
2 Böyük parçalanma (pravoslav - katolik)
3 Reformasiya parçalanması (katolik - protestant)
4 Xristian kilsələrinin birliyi
5 İstinadlar
6 Mənbə
Xalkedon parçalanması (monofizit-diafizit)
451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir. Evtixiyin təlimi monofizitlik adlandırılmışdır. Məclisə yığışan 630 yepiskop monofizitliyi rədd edərək qərara gəlmişlər ki, İsada olan iki təbiət bir-biri ilə “qovuşmayaraq və mahiyyəti dəyişməyərək” (Evtixiyin əleyhinə), “bir-birindən ayrılmaq şərti ilə” (Nestora qarşı) birləşmişdirlər.[1] Xalkedon Kilsə Məclisinin qərarları Misirdə, Ermənistanda, qismən Suriya və Fələstində qəbul edilməmişdir. Hal-hazırda Misir qibtiləri, Suriya yakovitləri, erməni qriqoryanları, Efiopiyadakı xristianların əksəriyyərti monofizit (yaxud miafizit) əqidəsinə mənsubdurlar.
Tarix: 12.03.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Kilseler