Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paris Məryəm Ana kilsəsi

Paris Məryəm Ana kilsəsi (Notr-Dam) (fr. Cathédrale Notre-Dame de Paris) — Parisin həm coğrafi, həm də mənəvi mərkəzi sayılan bu kafedral kilsə Site adasının şərqində, vaxtilə qall-roma Yupiter məbədinin yerində tikilmiş Parisin ilk xristian kilsəsi - Müqəddəs Stefan bazilikasının yerində tikilmişdir.

Site və Sen-Mişel metrostansiyalarından Paris Məryəm Ana kilsəsinə getmək olar.

Memarlığın roman və qotika stillərinin zəngin elementlərini özündə cəmləşdirən məbədin hündürlüyü 35 m, uzunluğu 130 m, eni 48 m, zəng qüllələrinin hündürlüyü isə 69 m-dir. Şərq qülləsindəki Emmanuel zənginin çanağı 13 ton, dili (dəstəyi) isə 500 kq-dır.Mündəricat
1 Tarixi
2 “Məryəm Ana” heykəli
3 Şimali və Cənubi gül pəncərələri
4 Dayaqlar
5 Tikintinin xronologiyası
6 Memarlığı
7 Zəngləri
8 Orqan
9 Qalereya
10 Mənbələr


Tarixi

Tikintisinə 1163-cü ildə VII Lüdovikin zamanında başlanılmışdır. Bəzi mənbələrdə təməl daşının yepiskop Moris de Sulli digər mənbələrdə isə 1163-cü ildə məhz Papa III Aleksandr tərəfindən qoyulmuş olduğu göstərilir.

1345-ci ildə tamamlanan məbədin üzərində iki memar Jan de Şel 1250-1265-ci və Pyer de Montrey 1250-1267-ci illərdə işləmişlər.

Məbədin xarici və daxili gözəlliyi və əzəməti uzun əsrlər boyu onu kral nigahlarının, tacqoyma və dəfin mərasimlərinin şahidinə çevirmişdir. Məhz burada 1302-ci ildə Fransa parlamentinin - Baş Ştatların ilk iclası keçirilmişdir.

1831-ci ildə Viktor Hüqo özünün "Paris Məryəm Ana kilsəsi" ("Notr-Damın qozbeli") romanını bu ön sözlərlə "Mənim ən başlıca məqsədlərimdən biri, millətdə bizim memarlığımıza qarşı məhəbbət oyatmaqdır".

Məbəddə xrisianların relikviyalarından biri - İsa peyğəmbərə məxsus tikanlı çələng saxlanılır. 1238-ci ildə Fransa kralı IX Lüdovik bu çələngi Bizans imperatorundan pulla alaraq 18 avqust 1239-cu ildə onu Notr-Dam kilsəsinə bağışlamışdır.

“Məryəm Ana” heykəli

Kilsədə bir Məryəm Ana heykəli mövcuddur. Ölkənin zəngin dövründə yerli tacirlərin tapşırığı ilə hazırlanıb. Onlar kilsəni şəhərin fəxri və yeni iqtisadi azadlığın simvolu olaraq qiymətləndirirdilər. Zərif estetik görünüşündən başqa həm də tərtibatının bahalılığı ilə diqqəti çəkən bu heykəl bir çox tənqidçilərin fikrincə dini xarakterdən çıxmış və göstəriş nümunəsinə üçün çevrilmişdir.

Şimali və Cənubi gül pəncərələri

Gül pəncərələr (ing. rose window) kilsələrdə istifadə olunan (xüsusilə qotik kafedrallarda), əsasən ön cəbhədəki dairəvi pəncərələrdir. Rəngli şüşələr, naxışlar və rəsmlərlə bəzədilmiş pəncərələrdə oymalar və naxışlarla işlənmiş çərçivələr istifadə olunur. Notr-Damın iki divarında olan bu pəncərələr qotikanın sonraki dövrünə məxsus bir tərzə sahibdir. 1250-1260-cı illər ərzində hazırlanıb. Qərbdəkindən fərqli olaraq bu pəncərə səthdə daha qabarıq yerləşdirildiyi üçün onun sonraki, digərlərinin isə yeni dövr qotikaya aid olduğu anlaşılır. Cənub pəncərəsində “Əhdi-Cədid”-dən alınmış “İsanın zəfəri” əks olunub. Bu pəncərələr kafedraldaki azsaylı rəngli şüşəsi olan pəncərələrdən olduğu üçün diqqəti cəlb edir. Avropa incəsənətində xüsusi əsərlər kimi yer tutur.

Dayaqlar

Notr-Dame dünyada əsas tikilidən kənarda yerləşən dayaqların istifadə olunduğu ilk kilsədir. Binanın xüsusi tərtibatında əslində bu dayaqlar yer almayıb. Ancaq inşa başladıqdan sonra qotik memarlıqda istifadə olunan nazik divarlar daha da hündürləşdikcə divarlarda bayır tərəfə ağırlıq düşdüyü üçün çatlar müşahidə olunur. Kilsənin tamamilə korlanmaması üçün bu dəstəklər hazırlanır. Uzun müddət tənqidə məruz qalmış və “kiminsə sökməyi unutduğu”, binaya “yarımçıqlıq” təəssüratı verdiyi iddia edilib.

Tikintinin xronologiyası
1160 – Parisin yepiskopu Moris de Sulli kilsənin tikilməsi haqqında qərar verir.
1163 – Təməl daşı qoyulur.
1182 – Apsis (Apse) və koro hissələri tamamlanır.
1196 – Kilsənin orta hissəsi tamamlanır. Yepiskop Moris de Sulli vəfat edir.
1200 – Qərb fasadının tikintisi başlanır.
1225 – Qərb fasadı tamamlanır.
1250 – Qərb qüllələri və şimal qızılgül şəbəkə pəncərəsi tamamlanır.
1250-1345 – Qalan hissələr tamamlanır.

Memarlığı

Ön fasad üç nəhəng, üzəri İncildən olan hədislərə həsr olunmuş miniatür heykəl ansamblları ilə bəzədilmiş portaldan ibarətdir. Mərkəzi portalda "Qiyamət günü" mövzusunda mərkəzdə tac altında Hakim-İsa Məsih və iki mələk alt hissədə mələklər tərəfindən tütəklə oyadılmış ölülər: kral, pop, döyüşçü və qadın təsvir olunmuşdur. Məbədin damı çəkisi 210 ton olan 5 mm-lik qurğuşun plitələrlə örtülmüşdür. Yuxarısı müxtəlif cür fantastik heyvan - ximera fiqurları ilə bəzədilmişdir. Orta əsrlərdən bu günə qədər gəlib çıxmış elementlərdən biri də portalların üstündəki dairəvi formalı, diametri 9,6 m olan, ortasında Müqəddəs Məryəm ətrafında isə mövsümi kənd işləri, bürclər, yaxşı cəhətlər və günahlar təsvir olunmuş gül şüşə şəbəkədir. İki yan şimal və cənub fasadlarında olan dairəvi gül şüşə şəbəkənin diametri 13 m-dir. Bu da Avropada ən böyük şəbəkə sayılır.

Zəngləri

Notr-Damda 5 zəng var. Böyük zəng Emmanuel adlanır. O, cənub qülləsində yerləşir. Çəkisi təxminən 13 tondur. Nadir hallarda istifadə olnur. Şimal qülləsinin təkərləri üzərində 4 əlavə zəng mövcuddur. Hər zəngin xüsusi adı var:

Angelique Franςoise, çəkisi 1765 kq (dо-diеz); Antoinette Charlotte, çəkisi 1158 kq (re-diez); Hyacinthe Jeanne, çəkisi 813 kq (fа); Denise David, çəkisi 670 kq (fа-diez).

Həmin zənglər müxtəlif festivallar və kilsə xidmətləri vaxtı çalınır.Əvvəllər zəng əllə çalınırdı, sonradan onları hərəkətə gətirmək üçün elektrik motorlardan istifadə edildi. Lakin zənglər çalınanda bütün binanın titrədiyi öyrənildi. Bu da özlüyündə tikintini tədricən dağıtmaq təhlükəsi altında qoyurdu. Ona görə də zənglərin istismardan çıxarılması qərarı alındı. Zənglərdə kiçik çəkic var. Çəkic kiçik klavişlərdə bir tonun çalınması üçün istifadə olunur. 1944-cü ilin 24 Avqust gecəsində Île de la Cité Fransızların müttəfiqi olan zirehli qoşunları tərəfindən azad olundu. O gecə Emmanuel xalqa azadlığı bildirmək üçün çalındı. 1631-ci ildə Emmanuelin materialı yenidən hazırlandığında qadınların müxtəlif zinət əşyalarını kilsəyə təhvil verdikləri və zəng həmin məhsulların əridilməsindən hazırlandığı üçün öz rəngini də bu əşyalardan aldığı ehtimal olunur. Zəng qülləsinin pilləkanları 422 pillədən ibarətdir. Yuxarı qalxdıqca pillələr daralır.

Orqan

Məbəddə ilk nəhəng orqan 1402-ci ildə quraşdırılmışdır.Birinci böyük orqan kilsədə 1402-ci ildə qurulub.Bunun üçün yeni qotik kopusdakı köhnə orqandan istifadə edirdilər. İstifadəsinə başlandığı tarixdən bəri orqan dəfələrlə yenidən qurulub və təmir edilib. Daha çox bu bərpalar önəmli dəyişikliyə səbəb olurdu: 1733-cü ildə Terrinin, 1788-ci ildə Fransua- Anri Kilkonun, 1868-ci ildə Aristida Kavaye-Kollyanın, 1960-cı ildə Boysonun bərpası. 1992-ci ildə “Sinaptel” şirkəti ilə orqanın kompyuterləşdirilməsi yönündə saziş bağlandı. Terrinin etdiyi bərpadan sonra alətin orijinal borularıdan istifadə olunub. Onların 12-si günümüzdək gəlib çatıb. Beləliklə, orqanın korpusu XVI Lüdovikin zamanındaki ilkin görünüşünə qayıtmış oldu. 1864-1867-ci illərdə XIX əsrdə Fransanın öndəgedən orqan ustalarından olan Aristid Kavaye-Koll alətin tam yenidənqurmasını həyata keçirdi. Kavaye-Kollyanın təmirindən sonra o tipik romantik səslənmə əldə etdi. Sözügedən orqanda ifa etmiş bəstəkarlardan Sezar Frank və Kamil Sen-Sansı misal göstərmək olar.


Tarix: 07.03.2013 / 15:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 549 Bölmə: Kilseler
loading...