Bibliya mətnşünaslığı – Bibliyanın mətnlərini tədqiq edən elm. Həmçinin "Bibliya tənqidi" adlanır. Bibliya mətnşünaslığının zərurəti, orijinal əlyazmalarının bizim günümüzə qədər qorunub-saxlanmamasından qaynaqlanır. Əlimizdə orijinal mətnin minlərlə qədim surətləri və tərcümələri vardır. Qədim zamanlarda mətbəə olmadığından mətnin təkrar-təkrar üzü köçürülürdü. Bunun nəticəsində əlyazmaların müxtəlif versiyaları mövcuddur.Mündəricat
1 Bibliya mətnşünaslığının vəzifəsi
2 Bibliya mətnşünaslığının metodları
3 Müasir Bibliya tənqidinin qısa tarixi
4 Bibliya tənqidi və xristian əqidəsi
5 İstinadlar
6 Mənbə
Bibliya mətnşünaslığının vəzifəsi
Bibliya mətnşünaslığının vəfizəsi Əhdi-Ətiqin və Əhdi-Cədidin orijinal mətnini mümkün qədər dəqiq bərpa etmək, habelə bu mətnin ötürülməsi və tərcümələrinin tarixini tədqiq etməkdir.
Bibliya mətnşünaslığının metodları
Müasir Bibliya mətnşünaslığı qədim mətnlərin fərqli versiyalarından ən etibarlı olanını seçmək məqsədilə aşağıda qeyd olunan bir sıra prinsiplərə riayət etməkdədir:
daha az başa düşülən variantlara üstünlük verilməlidir (çünki daha aydın ifadələrdə üzünü köçürənin öz izahatı olması ehtimalı var).
daha qısa variant qədim hesab edilməlidir (çünki üzünü köçürənlərin Müqəddəs Yazını qısaltmağa cürət etmələri ağlasığmazdır).
aydın olmayan sözlər qədim şərq ədəbiyyatında işlənən mənaca yaxın olan sözlərlə müqayisə edilməlidir.
haşiyələrdən mətnə düşmüş ola biləcək izahatlar aradan götürülməlidir.
Bibliyanın qədim tərcümə və resenziyalardan istifadə olunmalıdır.
erkən xristian müəlliflərinin və kilsə atalarının əsərlərində Bibliyadan gətirilən sitatlar nəzərə alınmalıdır.
əlyazma və "mətn ailələri" ənənələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.
Müasir Bibliya tənqidinin qısa tarixi
Əhdi-Cədidin mətn tənqidinin ilk banilərindən Yohann Albrext Bengel[1] (1687-1752) və Yohann Solomon Zemler[2] (1725-1791) kimi alman alimlərin adlarını çəkmək olar. Bengel Əhdi-Cədidin bir çox nəşr və əlyazmalarını tədqiq və təsnif edib, Bibliya mətnşünaslığına tənqid aparatını gətirib. Zemler Bengelin işini davam etdirib. Zemlerin şagirdi alman tədqiqatçısı Yohann Yaqob Qrisbax (1745-1812) ilə mətn tənqidi yeni səviyyəyə çıxmışdır.
Əhdi-Ətiqin mətn tənqidində XIX və XX əsrlərdə kəşf edilmiş qədim əlyazmaların mühüm yeri vardır. Sina yunan kodeksi və Qumran tumarları kimi kəşflər Bibliya mətnlərinin təsnifatına və tarixinin qoyulmasına yardım etmişdir. XIX və XX əsrlərdə Bibliyanın "tənqid nəşrləri", yəni qədim əlyazmalardakı mühüm fərq və variantları əks etdirən mətnlər çıxıb. Hazırda "Biblia Hebraica" nəşri[3] etibarlı bir "tənqid nəşri" kimi qəbul edilməkdədir.
Tarix: 12.03.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Kilseler