Xudavəng monastır kompleksi - ("Xotavəng monastırı" (farscadan tərcümədə təpədə yerləşən), "Dədəvəng monastırı") Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban [1]. Məbəd kompleksi VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.
Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar [2]. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir.
Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Ağdərə RPK katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar.
Ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban abidəsini erməni kilsəsi kimi təqdim edir və ulu Artsakın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar.Mündəricat
1 Tarixçəsi
2 Memarlıq xüsusiyyətləri
2.1 Alban bazilikası
2.2 Arzu Xatun kilsəsi
3 Şəkillər
4 İstinadlar
5 Həmçinin bax
Tarixçəsi
Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü gümbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixdən izini silməyə çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir.
Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Ağdərə RPK katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar.
Ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban abidəsini erməni kilsəsi kimi təqdim edir və ulu Artsaxın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar.
Memarlıq xüsusiyyətləri
Kompleksə ümumilkdə doqquz tikili daxildir. Onlardan beşi əsas tikili digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. Kompleksə daxil olan abidələrin heç də hamısı dövrümüzə yaxşı vəziyyətdə çatmamış, onlardan daha qədim olanlar nisbətən dağılmışdır. Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm divarlarla əhatələnmişdir. Kompleksin əsas tikililəri Alban bazilikası (Müqəddəs Məryə ana baziliksaı) və Arzu xatun kilsələridir. Həmçinin kompleksə sonradan əlavə edilmiş Müqəddəs Qriqoris məbədi və Həsən Cəlal kilsəsi də diqqətə layiq memarlıq nümunələridir.
Kompleksə daxil olan binaların inşası zamanı əsasən yerli qara bazalt daşdan, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilmiş, binaların damı isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdür.
Alban bazilikası
Səliqə ilə yonulmuş daş və kərpicdən inşa edilmiş məbədin xarabalıqları daxili sütunları olmayan uzun zaldan ibarətdir. Abidənin uzunluğu 16,2 metr, eni 5,8 metrdir. Zalın şərq hissəsi yarımdairəvi apsis ilə başa çatır.
Səcdəgah absidasının hər iki tərəfində keşiş cübbələrinin saxlandığı dairəvi yer tikilmişdir. İnşaat texnikasının və inşaat materiallarının öyrənilməsi zamanı aydın olmuşdur ki, cübbələrin saxlandığı yer məbədin tikilməsindən sonra inşa edilmişdir. Həmin yerə giriş səcdəgah absidasındandır. Bu cəhətə ilk dəfə Alban memarlığında təsadüf olunur. Görünür ki, əvvəllər tikilmiş məbədin ümumi planı memarlara qapını ibadət zalından qoymaq imkanı yaratmadığı üçün qapı oyuğu cübbələrin saxlandığı yerə səcdəgah absidası istiqamətində açılmışdır. Soldakı cübbə yerinin tədqiqi zamanı onun tavanında Xudavəng monastırının baş keşişlərindən birinin - XIII əsrdə yaşamış Ter-Atanasın yazısı aşkara çıxarılmışdır. Güman etmək olar ki, məhz Ter- Atanas qədim bazilikaya birləşmiş cübbə yerinin qurucusu olmuşdur.
Arzu Xatun kilsəsinin qübbəsinin fasad görünüşü
Xotavəng məbədində pəncərə oyuqları vardır. Həmin oyuqların yuxarı hissəsi nalşəkillidir. Qazıntılar zamanı aşkara çıxarılmış saxsı məmulatı məbədin ilkin tikintisini VI-VII əsrlərə aid etmək imkanı verir.
Arzu Xatun kilsəsi
Arzu Xatun kilsəsinin planı
Alban knyazı Vaxtanqın xanımı Arzu Xatun Arcruni tərəfindın 1214-cü ildə əri Vaxtanq və iki oğlunun xatirəsinə inşa etdirilmişdir. Kilsənin Şərq fasadında daş üzərində Vaxtanqın, Cənub fasadında isə Arzu Xatunun iki oğlunun təsvirləri həkk olunub. Arzu Xatun özü başqa bir Alban knyazı Kürdünün qızıdır.
Planda düzbucaqlı şəkildə inşa edilmiş kilsənin giriş qapısının hər iki tərəfində xırda otaqlar vardır. Apsisin ətrafında isə iki rahib cübbəxanası yerləşdirilmişdir. Binanın tam mərkəzində böyük bir alın hissənin üstündə qübbə ucaldılmış, qübbənin üstü isə konusvari damla örtülmüşdür.
Kilsənin fasadı səliqə ilə yonulmuş daşla üzlənmiş və daşların üstündə qabartma və oyma şəklində çox incə naxışlar işlənmişdir. Qübbənin fasadı yarımçıq kəmərlər silsiləsi ilə əhatələnmiş, kəmərlərin arasındakı boşluqlar isə qabartma şəklilli naxışlarla bəzədilmişdir. Həmçinin kəmərlərin arasına içəriyə işıq düşməsi üçün pəncərə yarıqları da qoyulmuşdur.
Tarix: 09.03.2013 / 23:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Kilseler